Gündəm
Ulu öndərin 95 illiyinə həsr olunmuş beynəlxalq konfrans
Azərbaycan Dillər Universiteti Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub. Türkiyənin Ərciyəs Universitetində "Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf" mövzusunda konfransın daha bir bölmə iclası keçirilib.
Keçmiş ledi vəfat etdi
ABŞ-ın sabiq prezidenti böyük Corc Buşun həyat yoldaşı Barbara Buş 93 yaşında vəfat edib. Bu barədə Buş ailəsinin nümayəndəsi məlumat yayıb.
Telman İsmayılovun gizləndiyi ölkə məlum oldu
Rusiyada sifarişli qətldə ittiham olunan Telman İsmayılov Monteneqroda gizlənə bilər. Bu barədə "Prestupnaya Rossiya" nəşri material yayıb.
Türkiyə hökuməti fövqəladə vəziyyət rejimini uzatdı
Vəkillərin ixtisas komissiyasının məlumatı
Rusiyada ticarət mərkəzində YANĞIN - 800 nəfər təxliyə olundu
Rusiyanın Yaroslavl şəhərində ticarət mərkəzində yanğınla əlaqədar 800 nəfər təxliyə olunub. Məlumata görə, "Vernisaj" ticarət mərkəzində dükanların birində naqillər alışıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının qarşısı qısa müddətdə alınıb.
Pivənin dadına görə Çexiya 1-ci oldu, 2-ci isə... - SİYAHI
Pivənin ləzzətli dadına görə, Çexiya birinci olub. Məlumata görə, belə bir araşdırmanı pivəsevərlər arasında keçirilən sorğuya əsasən "Skyscanner" aparıb.
Xatunun Rusiya toylarına yolu açıldı - Rəqsanə qadağa qoymuşdu
"Liverpul" gənc müdafiəçinin məvacibini artırıb
"Liverpul" gənc müdafiəçisi Trent Aleksander-Arnoldun məvacibini artırıb. 19 yaşlı futbolçu bundan sonra həftədə 40 min funt qazanacaq. Aleksander-Arnoldun müqaviləsinə görə ölkədaxili turnirlərdə 30 oyun həddinə çatan müdafiəçinin məvacibi artırılmalı idi.
Demək olar ki, heç bir şirkət "beşinci nəsil" kiberhücumlarına qarşı hazır deyil
İnformasiya təhlükəsizliyinin təmini üzrə həllərin istehsalçısı olan “Check Point Software Technologies” şirkəti müxtəlif sahələri təmsil edən şirkətlərin üzləşdiyi kibertəhdidlərə həsr edilmiş “2018 Security Report” adlı hesabatını təqdim edib.
“Microsoft” şirkəti “uTorrent” torrent kliyentinin işini bloklayıb
“IDC”: “Dünya İKT bazarının həcmi 5,6 trilyon dollaradək artacaq”
“IDC” analitik şirkəti yeni texnologiyaları nəzərə almaqla 2021-ci ildə dünyada informasiya-kommunikasiya texnologiyaları məhsul və xidmətlərinin satış həcminin 5,6 trilyon dolları ötəcəyini proqnozlaşdırır. Bunun 23 faizi yeni “üçüncü platforma” texnologiyalarının, o cümlədən “Əşyalar interneti” sistemləri, robot və dronlar, əlavə və virtual reallıq kaskaları və üçölçülü printerlərin payına düşəcək.
Minlərlə “Android” proqram uşaqların onlayn aktivliyini icazəsiz izləyir
Dünya sənaye istehsalının robotlaşdırılmasına həsr edilən hesabat dərc olunub
Beynəlxalq Robot Federasiyası (IFR) dünya sənaye istehsalının robotlaşdırılmasına həsr edilən hesabat dərc edib.
Kibertəhdid və fırıldaqçılığın aşkarlanması üçün servis təqdim olunub
İdentifikasiya məlumatlarının idarə olunması üzrə həllər istehsalçısı - “HID Global” şirkəti kibertəhdid və fırıldaqçılığın aşkarlanması üçün yeni “HID Risk Management Solution” həllini təqdim edib.














