Ulu öndərin 95 illiyinə həsr olunmuş beynəlxalq konfrans

Azərbaycan Dillər Universiteti  Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub. Türkiyənin Ərciyəs Universitetində "Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf" mövzusunda konfransın daha bir bölmə iclası keçirilib.

Azərbaycan Dillər Universiteti  Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.

Türkiyənin Ərciyəs Universitetində "Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf" mövzusunda konfransın daha bir bölmə iclası keçirilib.

Açılış mərasimində hər iki ölkənin dövlət himni səslənib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş beynəlxalq konfransın "Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf" mövzusunda keçirilən bölmə iclası ilə əlaqədar Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdullanın təbrik və təşəkkür məktubu oxunub. Azərbaycan Dillər Universiteti və Ərciyəs Universitetlərindən bəhs edən video-rolik nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Ərciyəs Universitetinin rektoru professor Məhəmməd Güvən Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş mötəbər konfransın təşkilatçılarına, o cümlədən Azərbayan Dillər Universitetinin rektoru akademik Kamal Abdullaya minnətdarlığını bildirib. Rektor qeyd edib ki, Azərbaycanla Türkiyə qardaş ölkədir və bu cür tədbirlər universitetlərarası əlaqələri daha da inkişaf etdirir, hər iki ölkə universitetlərini təhsil və elm sahəsində uğurlu nailiyyətlərə doğru aparır. O, türk dünyasının böyük lideri Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və Ulu Öndərin "Bir millət, iki dövlət" ifadəsini xatırladaraq Türkiyə-Azərbaycan münasibətlərinin tarixi köklərindən bəhs edib.

ADU-nun Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli Ulu öndərin 95 illiyinə həsr olunmuş beynəlxalq konfrans haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, qeyd edib ki, Ulu Öndər dərin tarixi köklərə malik türkdilli dövlətlər və xalqlar arasında sıx əlaqələrin qurulmasına və inkişafına hər zaman dəstək göstərib, o cümlədən dahi şəxsiyyətin siyasi-ideoloji fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmayıb, bütövlükdə türk dünyasını, ümumən dünyanı əhatə edib.

Ərciyəs Universitetinin professoru Mehmet Öcəl Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövlərdən bəri qonşu dövlətlərlə, o cümlədən türk dövlətləri ilə əlaqələrin daha da möhkəmlənməsi istiqamətində apardığı işlərdən bəhs edib. Professor bildirib ki, Heydər Əliyev Türkiyə ilə qardaşlıq bağlarını möhkəmlətməklə bərabər, Mərkəzi Asiyadakı türk respublikaları ilə sıx əməkdaşlığı da daima prioritet sayıb.

Bölmə iclasında Azərbaycan Dillər Universitetinin dosenti Ədalət Abdiyeva və dosent Sevdagül Əliyeva, Necmettin Ərbakan Universitetinin dosenti Günnər Özkan, Kadir Has Universitetinin professoru Mustafa Aydın, Çankırı Karatəkin Universitetinin dosenti Əlisamir Mərdan, Ərciyəs Universitetinin professoru Qafar Çakmaklı və dosent Əlif Şimşək Özkan məruzlərlə çıxış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31