Gündəm

ABŞ-da 6,9 bal gücündə zəlzələ oldu

5 May 2018 09:47

ABŞ-ın Havay ştatında 6,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir. Yeraltı təkanların episentri Havay Paradiz Park yaşayış məntəqəsindən 25 km cənub-qərbdə, ocağı 5 km dərinlikdə yerləşib.

Bu il bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI

5 May 2018 09:45

2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 4,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,8 faiz artıb. Dövət Statistika Komitəsindən məlumata görə, cari ilin aprel ayında mart ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,5 faiz azalıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ: Bu YENİLİKDƏN MƏMNUN qalmayacaqsınız

5 May 2018 09:43

Dünyanın ən populyar messenceri olan “WhatsApp”da növbəti yenilik tətbiq olunacaq. Messencerdə reklamlar təqdim olunmağa başlanacaq. Bunu proqramçılar üçün keçirilən “Facebook F8” konfransında “Facebook”un vitse-prezidenti David Markus deyib. “Reklam mövzusunda bunu deyə bilərəm ki, “WhatsApp”ı reklamlar üçün açıq hala gətirəcəyik”, – deyə o, bildirib.

TƏHLÜKƏ: Abşeron yarımadası çat verə bilər

5 May 2018 09:40

Abşeron yarımadası 7 metrlik gil təbəqəsi üzərindədir. Dənizə doğru getdikcə bu gil təbəqəsi daha da artır. Son illər bu gil təbəqəsinin üzərində olan torpaq qatı getdikcə azalır. Bu sözləri Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova deyib.

Bəstəkarlar İttifaqında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

5 May 2018 09:39

Azərbaycan Bəstəkarlar İttifaqında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan bəstəkarlıq məktəbi” mövzusunda elmi konfrans keçirilib. Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. 

Xalça Muzeyində “Xalçaçı günü”nə həsr olunmuş sərgi

5 May 2018 09:32

Azərbaycan Xalça Muzeyində xalçaçıların “5 may – Xalçaçı günü” peşə bayramına həsr olunan “Ənənələrin izi ilə” adlı sərgi açılıb. Sərgidə Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən hazırlanan əşyalar – xalça eskizləri, muzeyin kolleksiyasından xovlu və xovsuz xalçalar, xalça məmulatları və digər əşyalar nümayiş olunur. Tədbirdə çıxış edən muzeyin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bu peşə sahiblərini bayram münasibətilə təbrik edərək bildirib ki, ölkəmizdə xalçaçılıq sənəti qədim tarixə malikdir. 

“Sevdiyim” layihəsinə start verildi

5 May 2018 09:29

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar “ASAN xidmət”, “ASAN Könülüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə “Sevdiyim” layihəsinə start verilib. Olaylar.az bildirir ki, layihə tarixi ənənələrin qorunması və təbliği, milli-mənəvi dəyərlərə sadiqlik, azərbaycançılıq, dövlətçilik məfkurəsinin genişləndirilməsi məqsədi ilə həyata keçirilir.

Dörd partiya Ərdoğana qarşı birləşdi

5 May 2018 09:28

Cümhuriyyət Xalq Partiyası, İYİ Partiyası, Səadət Partiyası və Demokrat Partiyası dördlü ittifaqın qurulması ilə bağlı prinsipcə razılaşıblar. Müxalifət ittifaqı “Millət ittifaqı” adlandırılıb. Partiyalar mayın 5-i yerli vaxtla saat 15.00-də protokol imzalayacaq.

Dəməşq atəşə tutuldu - 8 nəfər yaralandı

5 May 2018 09:25

Dəməşqin yaşayış məhəllələrinin atəşə tutulması nəticəsində 8 nəfər xəsarət alıb. Bunu Rusiyanın Suriyada düşmən tərəflərin barışdırılması mərkəzinin rəisi general-mayor Yuri Yevtuşenko deyib.

Vladiqafqaz teatrı Bakıda çıxış edəcək

5 May 2018 09:23

Beynəlxalq əlaqələrin genişləndirilməsinə hər zaman böyük önəm verən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu günlərdə Rusiyadan qonaq qəbul etməyə hazırlaşır. Olaylar.az bildirir ki, ADGTT dünyanın bir sıra teatrları ilə, eləcə də Rusiya Federasiyasının tərkibində fəaliyyət göstərən teatr kollektivləri ilə “qarşılıqlı qastrol səfərlərinə dair” yaradıcılıq müqavilələri imzalayıb. Müqaviləyə əsasən V.Txansayev adına Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı may ayının 18-21 tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq. Teatr Bakı tamaşaçılarına V.Korostılevin “Vova möcüzələr ölkəsində” tamaşasını təqdim edəcək.

Türkiyədə zəlzələ oldu

5 May 2018 09:18

Türkiyənin İzmir şəhəri yaxınlığında 4,0 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

General 82 gənci işə götürdü

5 May 2018 09:16

Dövlət Gömrük Komitəsində test imtahanlarından uğurla keçərək xidmətə qəbul edilən gənc əməkdaşlarla görüş keçirilib. Görüşdə DGK Kadrlar İdarəsinin rəisi, gömrük xidməti polkovniki Faiq Şahbazov imtahan prosesi, imtahanda əldə olunan nəticələr və xidmətə qəbul edilən əməkdaşlar barədə danşıb. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev xidmətə yeni qəbul edilən əməkdaşları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.