Bəstəkarlar İttifaqında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Azərbaycan Bəstəkarlar İttifaqında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan bəstəkarlıq məktəbi” mövzusunda elmi konfrans keçirilib. Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən danışıb.
5 May 2018 09:39 MədəniyyətAzərbaycan Bəstəkarlar İttifaqında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə "Heydər Əliyev və Azərbaycan bəstəkarlıq məktəbi" mövzusunda elmi konfrans keçirilib.
Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən danışıb.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova 1975-ci ildə Üzeyir Hacıbəylinin ev-muzeyinin açılışı ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə paylaşaraq, Ümummilli Liderin Azərbaycan professional musiqisinin banisinin yaradıcılığına həsr etdiyi dərin məzmunlu çıxışının şahidi olduğunu bildirib. O həmçinin qeyd edib ki, ümumiyyətlə, H.Əliyevin çıxışları həmişə analitik xarakteri və dərin peşəkar yanaşmasıyla fərqlənirdi.
Tanınmış bəstəkar, Xalq Artisti Tofiq Bakıxanov Ümummilli Liderin görkəmli mədəniyyət və incəsənət xadimləri ilə olan dostluğundan, bu sənətə verdiyi qiymətdən danışıb və Ulu Öndərlə bağlı xatirələrini bölüşüb.
Tədbir məruzələrin dinlənilməsi ilə davam edib.
Sonda Ulu Öndərin ömür yolu ilə bağlı videoçarx nümayiş olunub.