Bakıda yaşlı kişini qatar vurdu

Bakının Binəqədi rayonunda piyadanı qatar vurub. Hadisə 1934-cü il təvəllüdlü Həmzəyev Həmzə Məmmədhəsən oğlu Biləcəri qəsəbəsində dəmiryol relsləri üzərindən keçən zaman baş verib.

Piyada hadisə nəticəsində sağ qalıb. O, ailə üzvlərinin köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt araşdırılır. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31