Gündəm
Görmə və eşitmə qüsuru olan insanlar üçün “Dolu” filmi təqdim olunacaq
Mayın 7-də Nizami Kino Mərkəzi “Kino hər kəs üçün” layihəsi çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi , Əlil Ziyalılar İctiami Birliyi və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə birgə görmə və eşitmə məhdudiyyətli olan insanlar üçün tiflo tərcümə edilmiş milli “Dolu” filmini təqdim edəcək.
Rəşid Behbudov haqqında sənədli film təqdim edildi
Nizami Kino Mərkəzində SSRİ Xalq Artisti, görkəmli Azərbaycan müğənnisi Rəşid Behbudova həsr edilmiş “Nəğmə dolu bir ürəyəm” sənədli filminin təqdimatı olub. Təqdimat mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova müğənninin həyat və yaradıcılığından söz açıb. “Rəşid Behbudov fenomenal şəxsiyyət idi. Dünyada ikinci belə səs olmayıb. Bütün dünyada onu tanıyır və sevirdilər. “Arşın mal alan” filmindəki rolu ona ümumxalq rəğbəti qazandırdı.
Bolqarıstanda partlayış: 5 uşaq yaralandı
İsrail geri çəkildi
İsrail bu gün BMT Təhlükəsizlik Şurasına 2019-2020-ci illərdə qeyri-daimi üzv olmaq üçün namizədliyini geri götürüb. Bunu Reuters-a BMT-də mənbə bildirib. Qeyd olunur ki, ölkə bu qərarı təşkilata üzv olmaq üçün şansların az olduğuna görə verib.
“Azərbaycan: müasirlik və gələcəyin qovuşuğunda”
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycan: müasirlik və gələcəyin qovuşuğunda” mövzusunda III Beynəlxalq Şagird Konfransı öz işinə başlayıb. Azərbaycanın 26 bölgəsindən 80, xarici ölkələrdən – Türkiyə, Rusiya, Gürcüstan, Misir və İsraildən 21 məktəblinın qatıldığı konfransda 101 şagird iştirak edir.
ABŞ Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başladı
ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) "Harri Trumen" aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupu Suriyada İŞİD terror qruplaşmasına qarşı hava əməliyyatlarına başlayıb.














