Bolqarıstanda içərisində naməlum maye olan butulkanın partlaması nəticəsində 5 uşaq xəsarət alıb.
Hadisə Dobriç şəhərində, uşaqlar içərisində ağ maye olan butulka ilə oynayan zaman baş verib. Partlayış uşaqlar butulkanı daşla qıran zaman olub. Uşaqların hamısı (9 -11 yaş) yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
A24.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31