Kanada sakini ad günündə "cek-pot" uddu

Kanada vətəndaşı Ping Kuen Shum öz ad günündə yəni - aprelin 28-də lotereya bileti ilə 1,5 milyon dollarlıq cek-pot udub. Bu həmçini onun pensiyaya çıxdığı günə də təsadüf edir.

Ping cek-pot udduğunu bildikdən sonra ailəsi və yaxınları ilə birgə ad gününü qeyd etməyə gedib.

Udduğu pulla Çinə səfər etməyi istəyən Ping üç hadisənin eyni günə təsadüf etməsinin inanılmaz olduğunu, uzun müddət işlədiyini və bu sərvəti ailəsi ilə bölüşməyi səbirsizliklə gözlədiyini deyib.

Lotereyanın təşkilatçısı "British Columbia Loto" şirkəti qalibin kimliyi haqqında  məlumat verməyəcəyini bildirib.

Olke.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31