Bessent: ABŞ İranı razılığa gəlməyə məcbur edəcək

ABŞ administrasiyası sanksiyalar vasitəsilə Tehranı Vaşinqtonla razılığa gəlməyə məcbur etməyi hədəfləyir.

Olaylar xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.

Bessent qeyd edib ki, ABŞ İranı "iqtisadi cəhətdən boğmaq" niyyətindədir.

"ABŞ Prezidenti Donald Trampın dediyi kimi, İranla anlaşma memorandumunun işləməməsinin səbəbi onların razılaşmaya hazır olmamaları idi. Mənim işim onları razılaşmanı istəməyə vadar etməkdir və onlar da bunu etmək istəyəcəklər", - deyə nazir vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31