Kubokun final görüşünün vaxtı dəyişdirildi

Türkiyə kubokunun final mərhələsinin tarixi dəyişdirilib.

Yeni qərara əsasən, "Fənərbaxça" ilə "Akhisarspor" arasında keçiriləcək final matçı 10 may tarixində saat 20:30-da baş tutacaq.

Matç Diyarbəkir stadionunda baş tutacaq. Qeyd edək ki, final 9 may tarixində təyin edilmişdi.

Türkiyə Futbol Federasiyası dəyişikliyin səbəbini açıqlamayıb.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31