Türkiyə və Yunanıstan gəmiləri Egey sularında toqquşdu
4 May 2018 18:26 DünyaEgey dənizinin Midilli adası sahillərində Türkiyəyə aid yük gəmisi ilə Yunanıstan hərbi gəmisi toqquşub.
Bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumatda ölən və yaralananın olmadığı və ətraf mühitə zərər dəymədiyi qeyd edilib. Xəbər Yunanıstanın Dəniz Qüvvələri tərəfindən də təsdiq edilib.
Hadisənin necə baş verdiyi haqqında hələ ki, ətraflı məlumat verilməyib. Ancaq Yunanıstan mediasında olay geniş yer tutub.
Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31