ABŞ-da 6,9 bal gücündə zəlzələ oldu

ABŞ-ın Havay ştatında 6,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir. Yeraltı təkanların episentri Havay Paradiz Park yaşayış məntəqəsindən 25 km cənub-qərbdə, ocağı 5 km dərinlikdə yerləşib.

ABŞ-ın Havay ştatında 6,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yeraltı təkanların episentri Havay Paradiz Park yaşayış məntəqəsindən 25 km cənub-qərbdə, ocağı 5 km dərinlikdə yerləşib.

Məlumata görə, zəlzələdən sonra bölgədə ardıcıl 20-dək yeraltı təkan qeydə alınıb. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, mayın 4-də Havay adalarında Kilaueya vulkanının puskürməsi ilə əlaqədar təcili təxliyə elan edilib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31