Xalça Muzeyində “Xalçaçı günü”nə həsr olunmuş sərgi
Azərbaycan Xalça Muzeyində xalçaçıların “5 may – Xalçaçı günü” peşə bayramına həsr olunan “Ənənələrin izi ilə” adlı sərgi açılıb. Sərgidə Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən hazırlanan əşyalar – xalça eskizləri, muzeyin kolleksiyasından xovlu və xovsuz xalçalar, xalça məmulatları və digər əşyalar nümayiş olunur. Tədbirdə çıxış edən muzeyin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bu peşə sahiblərini bayram münasibətilə təbrik edərək bildirib ki, ölkəmizdə xalçaçılıq sənəti qədim tarixə malikdir.
5 May 2018 09:32 MədəniyyətAzərbaycan Xalça Muzeyində xalçaçıların "5 may - Xalçaçı günü" peşə bayramına həsr olunan "Ənənələrin izi ilə" adlı sərgi açılıb.
Sərgidə Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən hazırlanan əşyalar - xalça eskizləri, muzeyin kolleksiyasından xovlu və xovsuz xalçalar, xalça məmulatları və digər əşyalar nümayiş olunur.
Tədbirdə çıxış edən muzeyin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bu peşə sahiblərini bayram münasibətilə təbrik edərək bildirib ki, ölkəmizdə xalçaçılıq sənəti qədim tarixə malikdir.
Diqqətə çatdırıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və bu istiqamətdə göstərdiyi səyləri nəticəsində 2010-cu ilin noyabrın 10-da Azərbaycan xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.