Gündəm
Şəkidə 58 yaşlı qadın intihar etdi
Şəkidə 58 yaşlı qadın intihar edib. Hadisə mayın 5-i axşam saat 22:30 radələrində rayonun Böyük Dəhnə kəndində baş verib. Kənd sakini 1960-cı il təvəllüdlü Gülbəniz Hilal qızı Abdullayevanın meyiti yaşadığı ünvanda hamamda asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.
Küveytə məxsus hərbi gəmi batdı
Rusiyada aksiya: 1300-dən çox etirazçı saxlanıldı
Rusiyada keçirilən razılaşdırılmamış aksiyalarda 1300-dən çox etirazçı saxlanılıb. Yerli vaxtla saat 19:00-dək ölkənin 21 şəhərində 1348 nəfər saxlanılıb. Aksiyaçılar ən çox Moskvada (592 nəfər), Çelyabinskdə (164 nəfər) və Sankt-Peterburqda (112 nəfər) saxlanılıblar.
Netanyahu Moskvaya işgüzar səfər edəcək
Bu gün X siniflər sınaq imtahanı verir
Bu gün Dövlət İmtahan Mərkəzi yeni təhsil proqramları (kurikulumlar) əsasında 10-cu sinif şagirdləri üçün 5–10-cu siniflər (10-cu sinif birinci yarımilədək) üzrə məzmun standartlarının reallaşması səviyyəsinin yoxlanılması məqsədilə sınaq imtahanı keçirir. Mərkəzdən verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində, ümumilikdə 24 binada təşkil olunur.
Röya konsert verdi: "İstəyirəm tarixə düşüm"
Əməkdar artist Röya Ayxan Bakı Konqres Mərkəzində “Doldur ürəyimi” adlı solo konsert verib. Müğənni konserti bu gün dünyasını dəyişən xalq artisti Fuad Poladova həsr etdiyini bildirib. Röya bu dəfə səhnəyə rəqqaslarla yox, tək çıxıb. Sevilən mahnılarını canlı səsləndirən sənətçi tamaşaçılarla söhbət də edib.
Şamaxıda doğuş zamanı ana öldü - Həkimdən açıqlama (YENİLƏNDİ)
"Şamaxı şəhər sakini, 1984-cü il təvəllüdlü Amirə Əlisahab qızı Binyətova xəstəxanaya ağır vəziyyətdə gətirilib. Xəstədə ilkin olaraq yüksək qan təzyiqi və qanaxma müşahidə olunub. Xəstə əməliyyata götürülüb". Bu sözləri Şamaxı Şəhər Mərkəzi Xəstəxanasının həkimi, doğumda iştrak edən mama-ginekoloq Tünzalə Həmidova deyib.














