Gündəm
"10 il sonra insan xərçəng hüceyrələrinə qalib gələcək"
Şagirdləri mitinqə buraxmayan direktor işdən qovuldu - İrəvanda
Yerevanda Monte Melkonyan adına 11 saylı məktəbin direktoru Ruzanna Azizyan şəhər merinin qərarı ilə vəzifəsindən azad edilib. Bu barədə “Radio Azatutyan” məlumat yayıb.
“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq konfrans yekunlaşdı
Azərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə keçirdiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans başa çatıb. ADU-da konfransın bağlanış mərasimi keçirilib. Tədbirdə Türkiyə, Gürcüstan, İtaliya, Çin, Rusiya, Belarus, Ukrayna və Almaniyadan ümumilikdə 48 xarici qonaq iştirak edib. Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə tər güllər qoyub, Ümummilli Liderin 95 illiyi ilə əlaqədar ADU-nun həyətində müxtəlif növ dekorativ çiçəklər əkiblər.
Sumqayıtda kişi öz ürəyinə bir neçə bıçaq zərbəsi vurdu
Sumqayıt şəhərində intihara cəhd hadisəsi baş verib. Şəhər sakini, 9-cu mikrorayon, ev 59, mənzil 36-da yaşayan 1960-cı il təvəllüdlü Cobanov Vladıceslav Rayonbəy oğlu özünün sol yuxarı nahiyələrinə bir neçə bıçaq zərbəsi vuraraq intihara cəhd edib.
İşdən çıxarılmış komitə sədri qızına toy elədi – FOTOLAR
Diasporla İş üzrə Dövlət Komitəsinin eks-sədri Nazim İbrahimovun qızı Kəmalə İbrahimova iş adamı Kamran Əliyevə ərə gedib. Toy mərasimi mayın 5-də “JW Marriott Absheron” oteldə keçirilib.
Sübh əməliyyatı - 72 nəfər həbs edildi
2021-ci ildə Dünya buz dövrünə girəcək - ALİMLƏRDƏN XƏBƏRDARLIQ
Günəş ləkələrinin azalmağa başlaması onun solar minimum mərhələsinə girməyə hazırlaşdığını göstərir və bu, dünyanın mini buzlaqlaşma çağına girməsinə səbəb ola bilər. Alimlərin sözlərinə görə, Günəş hər 11 ildə bir solar maksimum və solar minimum mərhələsinə girir. Lakin solar minimum müddəti 11 ildən daha uzun olarsa, Dünyanı buzlaqlaşma təhlükəsi gözləyir.
Peru və Azərbaycan musiqiçilərinin möhtəşəm konserti - Muğam Mərkəzində
Beynəlxalq Muğam Mərkəzində Perudan gəlmiş etnik musiqiçilər Karl Struyf və Aleksandro Riva "Charango meets Mugam" adlı möhtəşəm konsertlə çıxış ediblər. Olaylar.az bildirir ki, konsert Avropa İttifaqının Azərbaycandakı nümayəndliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 2-ci "IMAGINE" Avropa tolerantlıq festivalı çərçivəsində reallaşıb.
Film çəkilişi zamanı FACİƏ - Hadisədən əvvəl son fotosunu...
Kinorejissor, Kann festivalının qaliblərindən olan Karlos Karvalo CAR-da "Cerald" ləqəbli zürafənin hücumu zamanı ölüb. Bu barədə "The Sun" məlumat yayıb. Nəşrin məlumatına görə, kinorejissor heyvanları yerli fermalardan birində iri planda lentə alıb. Bu zaman zürafə gözlənilmədən rejissora yaxınlaşıb və 47 yaşlı Karvalonu vuraraq, onu bir neçə metr kənara atıb.
Meksikada yük maşınında 9 nəfərin cəsədi tapıldı
Meksikanın Herrero ştatının Çilpansinqo şəhərində yük maşınında 9 nəfərin cəsədi aşkar edilib. Aşkar olunan cəsədlərin arasında yük maşının sürücüsünün də meyiti olub.
Bengü nişanlandı - Fotolar
Müğənni Bengü ərə getməyə hazırlaşır. İfaçı 1 ildir sevgili olduğu Səlim Səlimoğlu ilə nişanlanıb. Bengünün evində baş tutan mərasimdə yalnız yaxın dostları və qohumları iştirak edib.
Yunanıstanda Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib
Azərbaycanın Yunanıstandakı səfirliyinin təşkilatçılığı ilə 15-ci Saloniki kitab sərgisi çərçivəsində görkəmli şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edən Azərbaycanın Yunanıstandakı müvəqqəti işlər vəkili Eldar Əliyev ədibin yaradıcılığının XX əsr Azərbaycan romantizm və faciə ədəbiyyatında xüsusi yer tutduğunu söyləyib.
Trampla Tereza Mey arasında telefon danışığı oldu
ABŞ prezidenti Donald Trampla Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, iki ölkə lideri ticarət məsələlərini, Şimali Koreyanın nüvəsizləşdirilməsini, İranın nüvə dosyesini və Ağ Ev rəhbərinin Britaniyaya iyulda planlaşdırılan səfərini müzakirə ediblər.
Müəllim şikayəti
Təhsil problemlərindən danışılanda daha çox üstündə durulan məsələ valideyn, şagird və məktəb üçbucağını qabardırıq. Bizə görə, valideyn-şagird-məktəb üçbucağı sanki, valideynin də şagird kimi məktəbə gəlməsi, müəllimlə bərabər sinifdə işləməsidir. Əslində isə müəllimin valideynlə əl-ələ verərək cəmiyyət üçün vətəndaş hazırlamalı olduqlarını hamımız bilirik.














