Beynəlxalq Muzeylər Gününün builki mövzusu açıqlanıb
6 May 2018 10:46 MədəniyyətMayın 18-də qeyd ediləcək Beynəlxalq Muzeylər Günü bu il "Hiperkommunikasiya dövründə muzeylər: yeni yanaşmalar, yeni auditoriyalar" mövzusuna həsr olunub.
Builki günün mövzusu muzeylərin ənənəvi auditoriyasını genişləndirmək üçün yüksək texnologiyaların rolunu vurğulamaqdır. Bu baxımdan kolleksiyaların rəqəmsallaşdırılması, sərgilərə multimedia elementlərinin əlavə edilməsi, sosial şəbəkələrdə təcrübə mübadiləsi məsələlərini qeyd etmək olar.
Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31