Trampla Tereza Mey arasında telefon danışığı oldu

ABŞ prezidenti Donald Trampla Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, iki ölkə lideri ticarət məsələlərini, Şimali Koreyanın nüvəsizləşdirilməsini, İranın nüvə dosyesini və Ağ Ev rəhbərinin Britaniyaya iyulda planlaşdırılan səfərini müzakirə ediblər.

ABŞ prezidenti Donald Trampla Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, iki ölkə lideri ticarət məsələlərini, Şimali Koreyanın nüvəsizləşdirilməsini, İranın nüvə dosyesini və Ağ Ev rəhbərinin Britaniyaya iyulda planlaşdırılan səfərini müzakirə ediblər.

Mətbuat xidmətinin xəbərində qeyd edilir ki, iki lider xüsusi olaraq Çinlə ədalətli və ikitərəfli ticarətin inkişafını müzakirə edib. Şimali Koreyanın lideri Kim Çen Inla görüşü planlaşdırılan prezident Tramp Şimali Koreyanın nüvəsizləşdirilməsi cəhdini vurğulayıb. Bəyanata əsasən, ABŞ prezidenti həmçinin İranın heç vaxt nüvə silahını əldə etməyəcəyinə təminat verməyə hazır olduğunu vurğulayıb. Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31