Film çəkilişi zamanı FACİƏ - Hadisədən əvvəl son fotosunu...

Kinorejissor, Kann festivalının qaliblərindən olan Karlos Karvalo CAR-da "Cerald" ləqəbli zürafənin hücumu zamanı ölüb. Bu barədə "The Sun" məlumat yayıb. Nəşrin məlumatına görə, kinorejissor heyvanları yerli fermalardan birində iri planda lentə alıb. Bu zaman zürafə gözlənilmədən rejissora yaxınlaşıb və 47 yaşlı Karvalonu vuraraq, onu bir neçə metr kənara atıb.

Kinorejissor, Kann festivalının qaliblərindən olan Karlos Karvalo CAR-da "Cerald" ləqəbli zürafənin hücumu zamanı ölüb.

Bu barədə "The Sun" məlumat yayıb. Nəşrin məlumatına görə, kinorejissor heyvanları yerli fermalardan birində iri planda lentə alıb. Bu zaman zürafə gözlənilmədən rejissora yaxınlaşıb və 47 yaşlı Karvalonu vuraraq, onu bir neçə metr kənara atıb. Rejissor xəstəxanaya yerləşdirilib, lakin başından aldığı xəsarət nəticəsində orada ölüb. Operator Dirk van der Merv bildirib ki, Karvalo hadisədən bir neçə dəqiqə əvvəl ondan fotosunu çəkməsini xahiş edib. O, fotosunu ailə üzvlərinə göndərmək niyyətində olub. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31