Rusiyada aksiya: 1300-dən çox etirazçı saxlanıldı

Rusiyada keçirilən razılaşdırılmamış aksiyalarda 1300-dən çox etirazçı saxlanılıb. Yerli vaxtla saat 19:00-dək ölkənin 21 şəhərində 1348 nəfər saxlanılıb. Aksiyaçılar ən çox Moskvada (592 nəfər), Çelyabinskdə (164 nəfər) və Sankt-Peterburqda (112 nəfər) saxlanılıblar.

Rusiyada keçirilən razılaşdırılmamış aksiyalarda 1300-dən çox etirazçı saxlanılıb.

Yerli vaxtla saat 19:00-dək ölkənin 21 şəhərində 1348 nəfər saxlanılıb.

Aksiyaçılar ən çox Moskvada (592 nəfər), Çelyabinskdə (164 nəfər) və Sankt-Peterburqda (112 nəfər) saxlanılıblar.

Rusiyanın Daxili İşlər Nazirliyinin Baş İdarəsindən bildirilib ki, saxlanılanlar məsuliyyətə cəlb ediləcək. Moskva meriyası mayın 5-də aksiyanı Saxarova prospektində keçirməyi təklif edib. Lakin təşkilatçılardan biri - Aleksey Navalnıy tərəfdarlarını Tversk küçəsində razılaşdırılmamış aksiyaya çıxmağa çağırıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31