34 yaşlı qadın qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişdi

Şamaxıda ana doğuşdan sonra dünyasını dəyişib.

Şamaxı şəhər sakini, 1984-cü il təvəllüdlü Amirə Binyətova doğuş üçün rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirən A. Bünyatovanın qəflətən halı pisləşib və o, komaya düşüb.

Yerli və Bakıdan dəvət olunan həkimlərin tibbi yardımlarına baxmayaraq, qadını xilas etmək mümkün olmayıb.

Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31