Yaşayış binası yanır, İki yanğınsöndürən yıxılaraq xəsarət alıb

Gəncə şəhərində yaşayış bınasının dam örtüyü yanır.

Yanğın şəhərin Dəmiryolu Vağzalının yaxınlığında, Heydər Əliyevprospektində yerləşən 2 mərtəbəli binada baş verib.

Yanan yaşayış bınasını söndürən zaman xəsarət alan Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının adları məlum olub.

Bunlar Göygöl rayon sakini 1988-ci il təvəllüdlü Məmmədov Zirəddin Mübariz oğlu və Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Ləlləyev Namiq Əbulfəz oğludur.

Hər iki yanğınsöndürən hündürlükdən yıxılaraq xəsarət alıblar. N.Lələyevin vəziyyəti ağır, digər yaralının isə orta-ağır qiymətləndirilir.

Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31