Gündəm
Las Veqas şəhərindən meri ADR-in 100 illiyi ilə bağlı BƏYANNAMƏ
ABŞ-ın Nevada ştatının Las Veqas şəhərinin meri Karolin Qudman Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə bağlı təbrik bəyannaməsi imzalayıb. Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna ünvanlanmış bəyannamədə Las Veqas şəhərinin meri Azərbaycan xalqını bu xüsusi yubiley münasibətilə təbrik edərək, xoş arzularını çatdırır. Sənəddə həmçinin Azərbaycan və ABŞ arasında dostluq və tərəfdaşlığın gücləndirilməsi və davamlı inkişafı xüsusi vurğulanır.
Florida sakinlərə xəbərdarlıq: Zombi hücumu gözlənilir
ABŞ-ın Leyk Uort şəhərinin sakinləri (Florida ştatı) səhvən zombi hücumu barədə xəbərdarlıq alıb. Zombi hücumu barədə xəbərdarlıq məlumatı təxminən 7,8 min insana gecə saatların elektrik enerjisi kəsiləndən sonra göndərilib.
Uşaq rəsm festivalının açılış sərgisi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası,Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “Azərbaycanım” adlı Respublika uşaq rəsm festivalının rəsm müsabiqəsinin açılışı olub.
Nazirlik çimərliklərin monitorinqinə başladı
Çimərliklərdə dəniz suyunun monitorinqinə başlanılıb. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, monitorinq oktyabrın 1-dək aparılacaq. Onun sözlərinə görə, monitorinq Bakı, Abşeron, Azərbaycanın şimal və cənubunda yerləşən bütün çimərlikləri əhatə edəcək.
Muzeydə rəqs axşamı
Azərbaycan muzeyləri tarixində ilk dəfə olaraq Azərbaycan Musiqi Mədəniyyəti Dövlər Muzeyi tərəfindən təşkil olunan rəqs axşamı uğurla baş tutub. Olaylar.az bildirir ki, axşamda çoxsaylı rəqs vurğunları, musiqi və rəqs həvəskarları iştirak edirdi. Proqramda müxtəlif rəqslər: Azərbaycan xalq rəqsləri, vals, salsa, tanqo və başqaları təqdim olunub. Ustad dərsləri keçirilmiş və tanqo tarixinə, musiqi alətlərinə və tanqo etiketinə dair mühazirələr oxunulub.
ABŞ-dan 5 İran vətəndaşına SANKSİYA
ABŞ Maliyyə Nazirliyi 5 İran vətəndaşını sanksiya siyahısına daxil edib. Müvafiq məlumat qurumun saytında dərc edilib.
Nazirlikdə tələbələrlə görüş
“Beynəlxalq bioloji müxtəliflik günü” münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində ali məktəb tələbələrilə görüş keçirilib. Olaylar.az bildirir ki, “Biomüxtəliflik və 25 illik fəaliyyət” devizi altında təşkil olunan tədbirdə Nazirliyin Ekoloji təbliğat şöbəsi, Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin əməkdaşları ilə yanaşı, Nazirlikdə yeni yaradılmış Gənclər Şurasının üzvləri də iştirak ediblər. Nümayəndələr Bioloji müxtəliflik üzrə Konvensiyanın əhəmiyyəti, Azərbaycan Respublikasının Beynəlxalq Konvensiyaya qoşulduqdan sonra xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı istiqamətində Nazirlik tərəfindən görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat veriblər.
Səmranın sinə dekoltesi tənqid edildi - FOTO
Cümhuriyyət dövrünün ədəbiyyat təmsilçiləri müzakirə olundu
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilib. Olaylara.az bildirir ki, Bilik Fondunun əməkdaşı Aynur Seyidova tələbə kollektivini salamladıqdan sonra Fondun “Azərbaycan Xalq Cumhuriyyəti İli” çərçivəsində həyata keçirdiyi layihələrdən danışıb, ədəbiyyatın insanların duyğularını təkmilləşdirdiyini, insanın onun vasitəsilə ətraf gerçəkliyi dərk etdiyini vurğulayıb.
"İntiqam almaq üçün cinsiyyətini dəyişdirmək istəyən xəstələr olur" - Vaqif Qələndərli
İnsanın həyatda ala biləcəyi ən ciddi qərarlardan biri bəlkə də cinsiyyətini dəyişməsidir. Bu təkcə cinsiyyətini deyil, insanın bütün həyatını dəyişməsi deməkdir. Bir insan 20-30 yaşına qədər bir həyatı, ondan sonra başqa bir həyatı necə yaşaya bilər? Mütəxəssislərin bir çoxu bu fikirdə olan insanların ciddi psixoloji problemləri olduğunu düşünür. Bir qrup həkim isə bu prosesin müəyyən şərtlər altında vacibliyini vurğulayır. Bəs görəsən cinsi seçimlərini dəyişdirmək fiziki xəstəlikdir, yoxsa daxili sıxıntıların yaratdığı psixiki pozuntu? Ümumiyyətlə, Azərbaycanda cinsiyyətini dəyişdirmək üçün müraciət edən insanların sayı çoxdurmu? Bu əməliyyat hansı şərtlər altında keçirilir və hansı qanunlarla tənzimlənir?
ABŞ Konqresində Azərbaycanla bağlı növbəti BƏYANAT
ABŞ Konqresinin üzvü, Konqresin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasında (Helsinki Komissiyası) demokratların rəhbəri Alcee Hastings (Demokrat – Florida) Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə ABŞ Konqresinin Nümayəndələr Palatasında bəyanatla çıxış etmişdir.
“İrs. Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgi açılacaq
Mayın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində “İrs. Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgi açılacaq. Olaylar.az bildirir ki, sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından, rəssamların şəxsi kolleksiyalarından seçilmiş incəsənət əsərlərinin, Bakı İncəsənət Mərkəzinin təqdimatında əsas etibarilə Cümhuriyyət tarixini əks etdirən arxiv foto və sənədlərinin, o cümlədən tanınmış hüquqşünas Rəşid Rzayevin şəxsi kolleksiyasından 1919-1920-ci illərə aid əsginasların və poçt markalarının nümayişi nəzərdə tutulur.
Səidədən ehtiraslı rəqs - VİDEO
Heyvan səsləri ilə riyazi hesabalama aparılır - Azərbaycanda ilk
Sumqayıtda fəaliyyət göstərən uşaq mərkəzi Azərbaycanda ilk dəfə olaraq azyaşlılara heyvan səsləri ilə riyazi hesabalama metododunu tətbiq edib. Uşaqlar bu proqramla 100 misalı 2-5 dəqiqə ərzində səhvsiz hesablaya bilirlər.
Məktəblilər arasında biomüxtəliflik günü
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) tərəfindən “22 May - Beynəlxalq biomüxtəliflik günü” ilə bağlı məktəblilərin respublika ekoloji tədbiri keçirilib. Olaylar.az bildirir ki, ETSN və RUGİM-in mütəxəssisləri tərəfindən hazırlanmış tədbir üçün xüsusi məlumatlandırıcı vərəqlər hazırlanıb və açıq dərslər keçirilib.









.jpg)




