ABŞ Konqresində Azərbaycanla bağlı növbəti BƏYANAT

ABŞ Konqresinin üzvü, Konqresin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasında (Helsinki Komissiyası) demokratların rəhbəri Alcee Hastings (Demokrat – Florida) Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə ABŞ Konqresinin Nümayəndələr Palatasında bəyanatla çıxış etmişdir.

ABŞ Konqresinin üzvü, Konqresin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasında (Helsinki Komissiyası) demokratların rəhbəri Alcee Hastings (Demokrat - Florida) Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə ABŞ Konqresinin Nümayəndələr Palatasında bəyanatla çıxış etmişdir.

Olaylar.az bildirir ki, bəyanatda, 28 may 1918-ci il tarixində müstəqillik qazanmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasına təbrik ünvanlanır. İstiqlal Bəyannaməsi qəbul olunarkən Azərbaycan Demokratik Respublikası kimi tanınan bu dövlətin, müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası olduğu bəyanatda qeyd edilir.

Azərbaycanın, xüsusilə 2001-ci il 11 sentyabr hadisələrindən sonra ehtiyac zamanlarında ABŞ-a dost olması ilə seçildiyi, ABŞ-a qarşı o hücumları həyata keçirən şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılması üçün hər hansı bir qeyd-şərt olmadan Azərbaycanın ABŞ-a yardım etdiyi diqqətə çatdırılır. ABŞ-ın əziz dostu olan İsrail ilə də Azərbaycanın dost olduğu bəyanatda qeyd edilir. Azərbaycan və İsrailin bir neçə il əvvəl diplomatik münasibətlərin 25 illiyini qeyd etdikləri bildirilir. Bu münasibətlərə nümunə kimi, iki dövlət arasında geniş ticarət əlaqələrinin və regionda enerji təhlükəsizliyinin güclənməsinə öhdəliyin olması misal çəkilir.

Bəyanatın sonunda, Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyinin qeyd edilməsi münasibətilə Azərbaycan xalqına səmimi təbriklər çatdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31