“İrs. Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgi açılacaq

Mayın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində “İrs. Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgi açılacaq. Olaylar.az bildirir ki, sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından, rəssamların şəxsi kolleksiyalarından seçilmiş incəsənət əsərlərinin, Bakı İncəsənət Mərkəzinin təqdimatında əsas etibarilə Cümhuriyyət tarixini əks etdirən arxiv foto və sənədlərinin, o cümlədən tanınmış hüquqşünas Rəşid Rzayevin şəxsi kolleksiyasından 1919-1920-ci illərə aid əsginasların və poçt markalarının nümayişi nəzərdə tutulur. 

Mayın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində "İrs. Azərbaycan Xalq Cümhuriyyəti-100" adlı sərgi açılacaq.

Olaylar.az bildirir ki, sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından, rəssamların şəxsi kolleksiyalarından seçilmiş incəsənət əsərlərinin, Bakı İncəsənət Mərkəzinin təqdimatında əsas etibarilə Cümhuriyyət tarixini əks etdirən arxiv foto və sənədlərinin, o cümlədən tanınmış hüquqşünas Rəşid Rzayevin şəxsi kolleksiyasından 1919-1920-ci illərə aid əsginasların və poçt markalarının nümayişi nəzərdə tutulur. Ekspozisiyada, həmçinin 1920-ci il aprelin 28-də Cümhuriyyəti süquta yetirmiş rus bolşevik hökumətinin 11-ci Qırmızı Ordusunun Bakıda çəkilmiş fotoları da yer alacaq.

Cümhuriyyət 23 ay yaşasa da, ötən yüz il ərzində Azərbaycan xalqının bütövlükdə mədəni yüksəlişi, o cümlədən təsviri incəsənəti sürətlə inkişaf edib. Əzim Əzimzadə, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Xalidə Səfərova, Cavad Mircavadov Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Tahir Salahov, Ömər Eldarov və başqa rəssamların yaradıcılığı məhz bu yüzillikdə formalaşaraq ölkəmizi dünyaya tanıdıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31