Uşaq rəsm festivalının açılış sərgisi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası,Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “Azərbaycanım” adlı Respublika uşaq rəsm festivalının rəsm müsabiqəsinin açılışı olub.
23 May 2018 10:13 MədəniyyətAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası,Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində "Azərbaycanım" adlı Respublika uşaq rəsm festivalının rəsm müsabiqəsinin açılışı olub.
Olaylar.az bildirir ki, müsabiqəni giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açdı. Bundan başqa, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov , Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Pənah İmanov,Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Dövlət Rəssamlıq Akademiyasının elmi şurasının üzrü Samir Sadiqov və Qazax Rayon İcra Hakimiyyəti adından Akif Əmirov çıxış edib.
Uşaqlar arasında yaradıcılıq meyillərini stimullaşdırmaq, onların yaradıcılıq duyğularını inkişaf etdirmək, ətraf mühitə münasibət, ən əsasıda doğma Vətənə məhəbbət hisslərini artırmaq məqsədilə keçirilən musabiqədə 150-yə yaxın uşaq, o cümlədən Qazax rayonu məktəbliləri arasında keçirilən "Qazağım mənim" müsabiqəsində seçilmiş 16 ən yaxşı əsərin nümayiş ümümilikdə 170 əsər təqdim olundu.
Əsərlərində əsasən yaşadığı bölgənin milli mədəni və tarixi abidələrini, yerli mətbəx nümunələrini, bölgəyə xas olan flora və faunanı, qədim əşya və ya bölgə üçün xarakterik olan qədim geyimləri, musiqi alətlərini, müxtəlif peşə sahiblərinin obrazlarını, o cümlədən, hərbi vətənpərvərlik mövzusu və qəhrəmanların obrazlarını təsvir olunub.
Müsabiqənin şərtlərinə uyğun olaraq sərgidən 32 ən yaxşı işin müəllifi festivala qatılaraq plenerdə işləmək şansı qazandı.