Bişkek sammiti Azərbaycanın geosiyasi çəkisini necə artırır?-ŞƏRH- ÖZƏL
19:06 Siyasət" Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən sammitində olması Azərbaycanın son illərdə artan geosiyasi çəkisinin göstəricilərindən biri kimi qiymətləndirilməlidir. Azərbaycan yalnız Cənubi Qafqazda deyil, Mərkəzi Asiyada, Xəzər hövzəsində və daha geniş Avrasiya məkanında gedən proseslərdə mühüm tərəfdaş kimi qəbul olunur".
Bu fikirləri "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlamasında söyləyib:
"Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətləri yeni deyil. Demək olar ki, 10 ilə yaxındır. Azərbaycanın təşkilatda dialoq tərəfdaşı statusuna malikdir və çox sıx münasibətlər intensiv xarakter alıbdır. Bir neçə ildir də Azərbaycan müşahidəçi statusu üçün müraciət edibdir.
Bu platforma Azərbaycanın marağını göstərir. Azərbaycan həmçinin burada olan aparıcı dövlətlərin Çinlə, Rusiya ilə, Mərkəzi Asiya ölkələri ilə çoxşaxəli əlaqələrə malik idi. Bu ölkələrdə Azərbaycanın üstün coğrafi mövqeyini, onun fəal geosiyasi çalışmalarını, Xəzər dənizi, Orta Dəhliz, enerji daşımaları, Şimal-Cənub nəqliyyatındakı üstünlüklərini görərək, onların da marağına səbəb olur Azərbaycanla əməkdaşlıq.
Fikrimcə, Prezident İlham Əliyevin bu sammitdə iştirakı Azərbaycanın dialoq imkanlarını genişləndirir. Nəqliyyat, logistika, enerji, rəqəmsal bağlantılar və yeni əməkdaşlıqları genişləndirən məsələdir.
Bu sammit Azərbaycanla Mərkəzi Asiya dövlətlərinin münasibətlərinə təbii ki, təsir edən amildir. Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələri daha da gücləndirən bir tərəf kimi çıxış edir. Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşündə Azərbaycanın tamhüquqlu iştirakı, Türk Dövlətləri Təşkilatında Azərbaycanın fəallığı, İlham Əliyevin proseslərə verdiyi töhfə, burada Azərbaycan tərəfindən koordinasiyanın həyata keçirilməsi, Orta Dəhliz məsələsində Azərbaycanla Mərkəzi Asiyanın birgə əməkdaşlığı, Xəzər üzərindən daşınmalar və s. Bişkek sammiti həm də bu məsələlərin inkişafına təkan verən bir amildir. Bişkek sammiti Azərbaycan vasitəsilə Cənubi Qafqaz və Mərkəzi Asiyanın əlaqələrinin güclənməsi üçün imkanlar yaradır. İndi siyasi münasibətlər yüksək səviyyədə davam edəcək, yəqin ki, iqtisadi layihələrə də diqqət artırılacaq. Nəqliyyat dəhlizləri, enerji və rəqəmsal iqtisadiyyatın inkişafı, kənd təsərrüfatı, investisiya və s. istiqamətlərdə məsələlərə diqqət artacaq.
Ümumiyyətlə, Bişkek sammiti Azərbaycanın xarici siyasi coğrafiyasının genişləndiyini göstərir. Artıq yalnız tranzit ölkə kimi deyil, siyasi və iqtisadi aktor kimi çıxış etməyə çalışır. Necə deyərlər, Azərbaycan artıq, Cənab Prezident İlham Əliyevin çıxışında ifadə edildiyi kimi, orta gücə çevrilib, bu proseslərdə mühüm bir rol alır, iştirak edir".
ZEYNƏB MUSTAFAZADƏ