Nazirlikdə tələbələrlə görüş
“Beynəlxalq bioloji müxtəliflik günü” münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində ali məktəb tələbələrilə görüş keçirilib. Olaylar.az bildirir ki, “Biomüxtəliflik və 25 illik fəaliyyət” devizi altında təşkil olunan tədbirdə Nazirliyin Ekoloji təbliğat şöbəsi, Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin əməkdaşları ilə yanaşı, Nazirlikdə yeni yaradılmış Gənclər Şurasının üzvləri də iştirak ediblər. Nümayəndələr Bioloji müxtəliflik üzrə Konvensiyanın əhəmiyyəti, Azərbaycan Respublikasının Beynəlxalq Konvensiyaya qoşulduqdan sonra xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı istiqamətində Nazirlik tərəfindən görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat veriblər.
23 May 2018 10:02 Sosial"Beynəlxalq bioloji müxtəliflik günü" münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində ali məktəb tələbələrilə görüş keçirilib.
Olaylar.az bildirir ki, "Biomüxtəliflik və 25 illik fəaliyyət" devizi altında təşkil olunan tədbirdə Nazirliyin Ekoloji təbliğat şöbəsi, Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin əməkdaşları ilə yanaşı, Nazirlikdə yeni yaradılmış Gənclər Şurasının üzvləri də iştirak ediblər. Nümayəndələr Bioloji müxtəliflik üzrə Konvensiyanın əhəmiyyəti, Azərbaycan Respublikasının Beynəlxalq Konvensiyaya qoşulduqdan sonra xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı istiqamətində Nazirlik tərəfindən görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat veriblər.
Daha sonra tələbələrin təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.