Tbilisidə binada partlayış - 6 nəfərin meyiti çıxarılıb

Tbilisidə partlayış baş vermiş yaşayış binasının dağıntıları altında qalan sonuncu şəxsin meyiti aşkarlanıb.

Milli.Az xəbər verir ki, həmin şəxs azyaşlıdır.

Bununla hadisə nəticəsində ölənlərin ümumi sayı 6-ya çatıb. Onların 3-ü qadın, 1-i kişi, 2-si isə uşaqdır.

Axtarış-xilasetmə əməliyyatı başa çatıb.

Qeyd edək ki, hadisə zamanı 4 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Dağıntılar altında qalan 7 nəfərdən yalnız biri - üç yaşlı uşaq sağ çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31