Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Tbilisi şəhərindəki yaşayış binasında baş verən faciəvi partlayışla bağlı Gürcüstana başsağlığı verib.

Bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

"Tbilisidə yaşayış binasında baş vermiş faciəvi partlayışdan dərin kədər hissi keçiririk. Yaxınlarını itirən ailələrə səmimi başsağlığımızı bildirir, fikirlərimizin bu faciədən zərər çəkən hər kəslə olduğunu vurğulayırıq.

Xəsarət alanlara tezliklə və tam sağalmalarını arzulayırıq", - deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, noyabrın 19-da Tbilisinin Zemo Poniçala qəsəbəsində yaşayış binasında qaz partlayışı nəticəsində binanın bir hissəsi uçub. Hadisə nəticəsində 5 nəfər həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31