Elgiz: “Ağzım açılsa, pis olacaq, 16 min pul alırsınız”
09:46 SosialTeleaparıcı Elgiz Əkbər verilişində sərt açıqlamalar verib.
Bakıvaxtı.az xəbər verir ki, Aparıcı Elgiz Əkbər sosial şəbəkədə yayımlanan proqramında həmkarlarından birinin onun barəsində səsləndirdiyi fikirlərə kəskin etiraz edib.
O, ad çəkmədən qarşı tərəfin televiziya loqosundan istifadə edərək müxtəlif hadisələr fonunda onu tənqid etməsini düzgün hesab etmədiyini bildirib. Elgiz bu cür çıxışlarla tamaşaçıların ona qarşı yönləndirilməsinə də narazılığını ifadə edib.
Aparıcı həmçinin həmkarının verilişində bir şəxsin çıxış etməsi üçün 16 min manat tələb olunduğunu iddia edib. O, proqramda müzakirəyə çıxarılan mövzuları da tənqid edərək efirdə əsasən ailə münaqişələri, evdən qaçanlar və xəyanət hadisələrinin gündəmə gətirildiyini söyləyib.
Elgiz bildirib ki, əvvəllər ona müəyyən mövzuların efirdə müzakirə edilməməsi tövsiyə olunub və o da buna hörmətlə yanaşaraq susmağa üstünlük verib. Lakin indi həmkarının sosial şəbəkələrdə yayımlanan verilişləri hədəfə almasına səssiz qalmayacağını vurğulayıb.
"Mənimlə işiniz olmasın, ağzım açılsa, pis olacaq", - deyə aparıcı qarşı tərəfə xəbərdarlıq edib.