Muzeydə rəqs axşamı
Azərbaycan muzeyləri tarixində ilk dəfə olaraq Azərbaycan Musiqi Mədəniyyəti Dövlər Muzeyi tərəfindən təşkil olunan rəqs axşamı uğurla baş tutub. Olaylar.az bildirir ki, axşamda çoxsaylı rəqs vurğunları, musiqi və rəqs həvəskarları iştirak edirdi. Proqramda müxtəlif rəqslər: Azərbaycan xalq rəqsləri, vals, salsa, tanqo və başqaları təqdim olunub. Ustad dərsləri keçirilmiş və tanqo tarixinə, musiqi alətlərinə və tanqo etiketinə dair mühazirələr oxunulub.
23 May 2018 10:06 MədəniyyətAzərbaycan muzeyləri tarixində ilk dəfə olaraq Azərbaycan Musiqi Mədəniyyəti Dövlər Muzeyi tərəfindən təşkil olunan rəqs axşamı uğurla baş tutub. Olaylar.az bildirir ki, axşamda çoxsaylı rəqs vurğunları, musiqi və rəqs həvəskarları iştirak edirdi. Proqramda müxtəlif rəqslər: Azərbaycan xalq rəqsləri, vals, salsa, tanqo və başqaları təqdim olunub. Ustad dərsləri keçirilmiş və tanqo tarixinə, musiqi alətlərinə və tanqo etiketinə dair mühazirələr oxunulub.
Muzeyin direktoru A.Bayramovaya Misir mədəniyyət mərkəzinin direktoru tərəfindən Misirin Ali təhsil nazirliyinin diplomu təqdim olunub.
Axşamın qonaqları və iştirakçıları Badi Kubə, İN -Tango Baku, TanGo ON, E.L. CLUB de TANGO, Bakı Xoreoqrafiya Akademiyası, həmçinin Azərbaycanın xalq artistləri Roza Cəlilova, Cəmilə Bayramova, "Andrey Krupin və Bakı tandemi" qrupu, Alagöz Salahova, xalq artisti Munis Şərifovun rəhbərliyi ilə muzeyin Qədim Musiqi Alətləri Ansamblı, Bakıdakı Argentina səfirliyinin konsulu Eduardo Kavalyero ailəsi ilə, Azərbaycanın Əməkdar heykəltəraşı Hüseyn Haqverdiyev və başqaları idilər.