Cümhuriyyət dövrünün ədəbiyyat təmsilçiləri müzakirə olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilib. Olaylara.az bildirir ki, Bilik Fondunun əməkdaşı Aynur Seyidova tələbə kollektivini salamladıqdan sonra Fondun “Azərbaycan Xalq Cumhuriyyəti İli” çərçivəsində həyata keçirdiyi layihələrdən danışıb, ədəbiyyatın insanların duyğularını təkmilləşdirdiyini, insanın onun vasitəsilə ətraf gerçəkliyi dərk etdiyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilib.

Olaylara.az bildirir ki, Bilik Fondunun əməkdaşı Aynur Seyidova tələbə kollektivini salamladıqdan sonra Fondun "Azərbaycan Xalq Cumhuriyyəti İli" çərçivəsində həyata keçirdiyi layihələrdən danışıb, ədəbiyyatın insanların duyğularını təkmilləşdirdiyini, insanın onun vasitəsilə ətraf gerçəkliyi dərk etdiyini vurğulayıb.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə Məmmədli "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ədəbiyyat təmsilçiləri" mövzusunda mühazirə söyləyib. Peşə Təhsil Mərkəzinin direktor müavini Aybəniz Məmmədova əməkdaşlığa görə Bilik Fondunun rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda Mərkəzdə təhsil alan gənclər arasında Bilik Fondunun "Cümhuriyyət tariximiz - qürurumuzdur" layihəsi çərçivəsində "Azərbaycan Xalq Cümhuriyyəti haqqında bildiklərimiz" mövzusunda müsabiqə keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31