Gündəm
İsrailin döyüş təyyarələri Qəzzanı bombaladı - FOTO
İsrail döyüş təyyarələri Qəzzaya növbəti aviazərbələr endirib. Qəzzanın şərqindəki balıqçı limanındakı iki gəmi ilə “Həmas”ın silahlı qanadı sayılan “İzzəddin əl-Qəssam” qruplaşmasına aid hədəflər vurulub.
SOS: "Feysbuk"dan 180 minə yaxın profil SİLİNDİ
226 yaşlı qurumun ilk qadın prezidenti
Nyu-York Fond Birjasına cümə günündən etibarən rəhbərlik edəcək Steysi Kaninqem bu qurumun 226 illik tarixi ərzində ilk qadın prezidenti olacaq. Steysi Kaninqem, 2014-cü ildən birjanın prezidenti olan Tomas Farlini əvəz edəcək. Birjada 1996-cı ildən işləyən Steysi Kaninqem qurumun tarixində 67-ci prezident olacaq.
Avtobus sürücüsü 25 qəpiyə görə döyüldü - VİDEO
Paytaxtdakı avtobuslardan birində sürücü ilə sərnişin arasındakı mübahisə soradan davaya çevrilib. Hadisə 125 saylı marşrut üzrə hərəkət edən avtobusda baş verib. Avtobusa uşağı ilə minmək istəyən qadınla sürücü arasındakı mübahisə gediş haqqı üstündə yaranıb. Belə ki, sürücü qadından usağa görə də əlavə 25 qəpik ödəməyi tələb edib. Lakin sərnişin sürücünün bu tələbini yerinə yetirmək istəməyib.
İsrail Qüdsü bağladı - Fələstinlilər Əqsa məscidinə gedə bilməyəcək
Ramazan ayı başa çatana qədər İsrail Qüdsü fələstinlilərin ziyarəti üçün bağlayıb. Buna səbəb HƏMAS tərəfindən mümkün ola biləcək hücumların qarşısını almaqdır.
Su İdmanı Sarayında ÖLÜM - Məşq edərkən...
Bakıda Su İdmanı Sarayında məşq edən 43 yaşlı kişi qəfil vəfat edib. Mayın 22-də saat 21 radələrində Abşeron rayon sakini, 1975-ci il təvəllüdlü Yusifov Asəf Fərəməz oğlu məşq zamanı qəfil ölüb. Onun insult keçirdiyi bildirilir.
Nurkan ve Lalə aparıcılıq edəcək
Müğənnilər Nurkan və Lalə cütlüyü uzun fasilədən sonra efirə qayıdıb. Sənətçilər aparıcılıq edəcəklər. Bu haqda Lalə açıqlamasında deyib. O bildirib ki, verilişləri ATV-də yayımlanacaq:
Gədəbəyi su basdı - VİDEO
Gədəbəy rayonunun bir sıra kəndlərinə yağan leysan yağış və dolu nəticəsində “Axıncı” çayı öz məcrasından çıxaraq təsərrüfata və yol infrastrukturuna ciddi ziyan vurub.
“Çempion” sənədli filmi təqdim olunacaq
Mayın 24-də Nizami Kino Mərkəzində “Çempion” sənədli filminin təqdimatı olacaq. Olaylar.az bildirir ki, dövlət sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən film sambo üzrə 9 dəfə dünya çempionu Ceyhun Məmmədovun həyat və fəaliyyətinə həsr olunub.
Qızartma yemək, selfi çəkdirmək olmaz: Kraliyyət ailəsinin qatı qaydaları - FOTOLAR
Kraliyyət ailəsinin üzvü olmaq kənardan xoş görünsə də, bilmədiyimiz bəzi qatı qanunları da var. Qanunlar kraliça tərəfindən qoyulur və bütün ailə üzvləri buna riayət etmək məcburiyyətindədir. İngiltərə kraliyyət ailəsinin qatı qanunlarını sizə təqdim edirik:
Lotu Qulinin Rusiyadakı “valisi” saxlanıldı – Dubayda "oğru" adı alacaqdı - FOTOLAR
Rusiyanın Çelyabinsk şəhərində 47 yaşlı kriminal avtoritet Rəhman Abdullayev tutulub. Yerli KİV-lər xəbər verir ki, kriminal avtoritet Rusiya DİN Çelyabinsk vilayət Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, sahibkarlara zorən haqq qoymaqda, saxta şirkətlər yaradaraq külli-miqdarda vergidən yayınmaqda və sair cinayətlərdə ittiham olunur.
Bakıda “My Nakhcivan” sərgisi – FOTOLAR
“Gallery-1969”da tanınmış naxçıvanlı gənc fotoqraf Hüseyn Bağırovun “My Nakhchivan” (“Mənim Naxçıvanım”) adlı fotosərgisi açılıb. Sərgiyə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, habelə Milli Məclisin deputatları qatılıb. Fotosərgidə əvvəlcə qonaqlar Naxçıvana həsr edilmiş videoçarxa baxıblar.
Nazirliyin növbəti REYDİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib. Olaylar.az bildirir ki, reyd zamanı Daşkəsən rayonu Zağalı kəndi ərazisinə heyvandarlıq təsərrüfatında əmələ gələn tullantıların atıldığı və ətrafa iy-qoxunun yayıldığı aşkar edilib.
“Bir həftədə mənə iki elçi gəldi” – Xatirə
Aparcı İlham Mirzəyevin müğənni Xatirə İslamla bağlı dediyi sözlər müzakirələrə səbəb olub. Xatirə instaqram səhifəsində bununla bağlı paylaşım edib. O, bildirib ki, İlhamın dedikləri düzdür. Xatirə “ərə getmək istəyirsinizsə, İlhamın verilişində gedin. Getdim verilişə, bir həftədə mənə iki elçi gəldi” sözlərini deyib.
OPEC iyunda neft hasilatını artıra bilər
OPEK-in iyunda keçiriləcək iclasında neft hasilatı həcminin artırılmasına dair qərar qəbul edilə bilər. Bu barədə “Röyters” OPEK-dəki mənbələrinə istinadən məlumat yayıb. “Bütün variantlar nəzərdən keçirilir”, - deyə Fars körfəzi ölkələrindən birindəki mənbə agentliyə bildirərək, hasilatın artırılmasına dair qərarın OPEK-in iyun sammitində veriləcəyini bildirib. Mənbə hasilatın həcminin nə qədər artırılacağı ilə bağlı hələlik konkret məlumatın olmadığını bildirib.














