Sahibə Qafarova Serbiyaya səfər edib
18:03 SiyasətMilli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Xatirə Görüşündə iştirak etmək üçün Serbiya Respublikasına işgüzar səfərə gəlib.Olaylar xəbər verir ki, Belqrad şəhərinin Nikola Tesla hava limanında Milli Məclisin sədrini Serbiya Respublikasının daxili və xarici siyasət naziri, EXPO-2027-in Baş Komissarı Yaqoda Lazareviç, Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə və digər rəsmi şəxslər qarşılayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31