Qızartma yemək, selfi çəkdirmək olmaz: Kraliyyət ailəsinin qatı qaydaları - FOTOLAR
Kraliyyət ailəsinin üzvü olmaq kənardan xoş görünsə də, bilmədiyimiz bəzi qatı qanunları da var. Qanunlar kraliça tərəfindən qoyulur və bütün ailə üzvləri buna riayət etmək məcburiyyətindədir. İngiltərə kraliyyət ailəsinin qatı qanunlarını sizə təqdim edirik:
23 May 2018 10:29 DünyaKraliyyət ailəsinin üzvü olmaq kənardan xoş görünsə də, bilmədiyimiz bəzi qatı qanunları da var. Qanunlar kraliça tərəfindən qoyulur və bütün ailə üzvləri buna riayət etmək məcburiyyətindədir.
İngiltərə kraliyyət ailəsinin qatı qanunlarını sizə təqdim edirik:
Yemək müddətini kraliça təyin edir. O başlamadan öncə heç kəs yemək yeməyə başlaya bilməz və o bitirdikdən sonra heç kəs davam edə bilməz.

Kartof (qızartma), makaron, plov, qabıqlı dəniz məhsulları və sarımsaq yemək olmaz. Çünki kraliça sadalananlara nifrət edir və qadağan edib. Dəniz məhsulları isə qida zəhərlənməsi və allergiya verə bilər.

Əsilzadə soyundan gəlməyənlər ailə üzvlərinə toxuna bilməz. Bəzən məşhurlarla şəkil çəkdirən zaman ailə üzvləri bu qaydanı pozur. Bu da xoş qarşılanmır.

Kraliça otağına çəkilmədən heç kəs yata bilməz. Bu qayda kraliça saraydaykən keçərlidir. Kraliça normalda 23:30-dan tez yatır.

Ailə üzvlərinin sosial media hesabı ola bilməz. Yeni gəlin Meqan Markl bu səbəbdən 2 milyon izləyicisi olan "İnstagram", 350 min izləyicisi olan "Twitter" və 800 min bəyənməsi olan "Facebook" hesablarını dondurmaq məcburiyyətində qalıb. O da həyat yoldaşı, qaynı və eltisi kimi Kensington sarayının hesabını istifadə edir.

Selfi çəkdirməyə icazə yoxdur.

Tünd rəngli dırnaq boyasından istifadə etmək olmaz. Kraliyyət ailəsinin qadın üzvləri qısa dırnaq və təbii rənglərə üstünlük verir.

Ailə üzvləri səs verə bilməz. Bunun səbəbi xalqın düşüncələrinə təsir etmək istəməməkləridir. Bunun yerinə qalmaqalları nəzarətdə saxlayıb, iqtidarla işbirliyi içində olmağa və siyasi mövzuları problemsiz bir şəkildə həll etməyə çalışılar.

Qatıldıqları dəvətlərdə kraliçanın addımları izlənməli, o nə edirsə həmin hərəkətlər təkrarlanmalıdır.

Masa oyunları oynamaq qadağandır. Pis niyyətlə oynandığı üçün şahzadə Endryu masa oyunlarını qadağa edib.

Geyimlər mesaj göndərəcək şəkildə seçilməməli və geyilməməlidir.

Kürk geyinmək yasaqdır. Bəzi əsilzadə soylu şəxslər və kraliça kürkəbənzər geyimlər geydiyi üçün qayda pozulub.

Yeni il bərabər qeyd edilməlidir.

Birgə səyahət etmək olmaz. Əslində bu qayda əvvəllər yarana biləcək risklər səbəbindən tətbiq edilirdi. İndi bütün təhlükəsizlik tədbirləri görülə bildiyi üçün ailə üzvləri birgə səyahət edə bilir.

A24.Az