Uşaqpulu gözləyənlərə cavab - Gələn il də...
10:41 Sosial"Uşaqpulu"nun verilməsi ilə bağlı ehtimal gələn il üçün dəqiq yoxdur. Çünki 2027-ci il üzrə dövlət büdcəsi layihəsi müzakirə olunur və bu məsələ qoyulmayıb. Növbəti illərdə də belə bir şey gözləmirəm".
Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı Əkrəm Həsənov doğulan uşağa görə veriləcək birdəfəlik müavinətlərin artırılması fonunda uşaqpulunun da verilməsi ehtimalından danışarkən deyib.
O bildirib ki, "uşaqpulu"nun verilməsi xeyli vəsait tələb edir:
"Yeni doğulan uşağa verilən müavinət başqadır. Bu, az pul tələb edir, həm də yeni doğulan uşaqların da sayı ildən-ilə azalır. Bu həmçinin ona görədir ki, daha çox uşaq doğulsun, amma mövcud uşaqlara verilməsi xeyli vəsait tələb edir. Biz də görürük ki, dövlət büdcəsində vəsait ildən-ilə azalır. Bu il dövlət büdcəsi kəsirlədir. Gələn il bundan daha yuxarı kəsirlə olacaq. Ölkədə iqtisadi inkişaf da yoxdur. Bunu da artıq etiraf ediblər ki, artım yoxdur. Belə bir halda kəskin vergi artırmadan bunu etmək qeyri-mümkündür. Bu baxımdan da "uşaqpulu"nun verilməsini gözləmirəm".