Tokio Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı qayıqları ilə təchiz edilməsi ilə bağlı müzakirələrə başlamağı planlaşdırır- ÖZƏL
10:16 DünyaYaponiya hökuməti ölkənin donanmasını nüvə sualtı qayıqları ilə təchiz etmək barədə rəsmi müzakirələrə başlamaq niyyətindədir. Olaylar.az xəbər verir ki, " Asahi" qəzetinin məlumatına görə, dekabr ayında qəbul edilməsi planlaşdırılan əsas təhlükəsizlik sənədlərinə bu barədə müddəanın daxil edilməsi gözlənilir .
Onun sözlərinə görə, nüvə sualtı qayıqlarının inşası ilə bağlı artıq qəbul edilmiş qərarın bu mərhələdə açıqlanmaması qərara alınıb. Çoxsaylı çətinliklər nəzərə alınmaqla, bu məsələ əlavə araşdırma tələb edəcək. Hökumət qeyd edir ki, nüvə sualtı qayıqları Yaponiya Hərbi Dəniz Qüvvələrinin Cənubi Çin və Filippin dənizlərində, eləcə də Tayvan bölgəsində döyüş patrullarının müddətini əhəmiyyətli dərəcədə artıracaq. Onlar həmçinin ən yeni uzunmənzilli raketlər üçün şaquli buraxılış sistemləri ilə təchiz oluna bilər.