Gündəm

İngilis azarkeşlərdən nasist hərəkətlər - VİDEO

22 İyun 2018 15:43

İngiltərə millisinin azarkeşləri Volqoqraddakı pablardan birində faşizmi əks etdirən mahnı oxuyublar.

Avropadan Türkiyəyə təhdid

22 İyun 2018 15:30

24 iyunda Türkiyədə keçiriləcək prezident seçkilərində Rəcəb Tayyip Ərdoğan qalib gələrsə, Avropa İttifaqına üzv olmaqla bağlı Ankara ilə aparılan danışıqlara son qoyulacaq.

Vladimir Putin Yeltsinin kürəkənini özünə müşavir təyin edib

22 İyun 2018 15:25

Rusiya prezidenti Vladimir Putin Valentin Yumaşevi özünə müşavir təyin edib.

Politoloq: “Lavrov BMT-nin 4 qətnaməsini əsas saymır”

22 İyun 2018 15:22

“BMT-nin baş katibi Antonio Quterrişin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun birgə keçirdikləri mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT qətnamələrinin niyə yerinə yetirilmədiyi sualına verdikləri cavablarda sətiraltı ifadələrini aydınlaşdırmağa çalışdım. BMT-nin baş katibi suala sanki konkret cavab verib: "BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət etməlidir". Ancaq bu cavabda da qüsur var. BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət yox, yerinə yetirməlidirlər, yerinə yetirmədikdə isə bunun üçün bəlli mexanizmlər hərəkətə gətirilir”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

Vüqar Rəhimzadə: “Prezidentin imzaladığı sərəncamlar tarixi əhəmiyyətə malikdir"

22 İyun 2018 15:20

“Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müxtəlif sahələrə aid imzaladığı fərman və sərəncamlar dövlətin inkişafına, bütövlükdə vətəndaşların rifah halının yaxşılaşdırılmasına yönəlib. Hesab edirəm ki, imzalanmış hər bir sərəncamın arxasında kifayət qədər cəmiyyətə, dövlətə böyük xidmətin nümunəsi dayanır”. Bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.