Gürcüstanda 15 yaşlı azərbaycanlının meyiti 30 metr dərinlikdə aşkarlandı
16:09 Dünya6 günlük axtarışdan sonra Tbilisi dənizində itkin düşən 15 yaşlı Umut Sofiyevin meyiti tapılıb.
24News.ge saytına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayıb.
Məlumata görə, itkin düşən yeniyetmənin meyiti xilasedici dalğıclar tərəfindən suyun 30 metr dərinliyində aşkarlanıb.
Xatırladaq ki, Qardabani bələdiyyəsinin Qaracalar kənd sakini, 15 yaşlı Umut Sofiyev avqustun 23-də Tbilisi gölünə çimməyə gedərkən boğularaq həyatını itirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31