İngilis azarkeşlərdən nasist hərəkətlər - VİDEO

İngiltərə millisinin azarkeşləri Volqoqraddakı pablardan birində faşizmi əks etdirən mahnı oxuyublar.

İngiltərə millisinin azarkeşləri Volqoqraddakı pablardan birində faşizmi əks etdirən mahnı oxuyublar.

Mahnı oxuyarkən ingilislər nasist salamlaması veriblər, "Ziq hayl!" deyə qışqırıblar.

Bu azarkeşlər ABŞ-ın ünvanına təhqir də ünvanlayıblar. Azarkeşlərin "Çelsi" və ya "Totenhem"in fanatları olduğu ehtimal edilir. Artıq Britaniya Təhqiqat İdarəsi bu şəxslərlə bağlı araşdırmaya başlayıb.

İngiltərə Futbol Assosiasiyasının mətbuat katibliyinin verdiyi açıqlamada isə bu addım pislənilib və bunun bütün ingilis azarkeşlərə şamil edilməsinin doğru olmadığı vurğulanıb.

Qeyd edək ki, bu, İngiltərənin Tunis üzərində 2:1 qalib gəldiyi oyun vaxtı baş verib.

Həmin vaxt stadiona 2500-ə yaxın ingilis azarkeş gedib. Bu nasist addımın vaxtilə almanların almaq istədiyi keçmiş Stalinqradda baş verməsi isə təsadüfi deyil.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31