Hacı Nuranda onkoloji şiş tapıldı

Ötən gün xəstəxanaya yerləşdirilən aparıcı Nuran Hüseynovdan onkoloji şiş tapılıb.

Bu barədə aparıcının köməkçisi məlumat verib. 

Bildirib ki, N.Hüseynov təcili olaraq Almaniyaya aparılmalıdır: 

"Təzyiqi qalxıb-düşürdü. Zəifləmişdi, immuniteti aşağı düşmüşdü. Analizlər verilib və birinin cavabları çıxıb.

Ağciyərində onkoloji şiş tapılıb.  Bu səbəbdən təcili Almaniyaya getməlidir, müalicəsi davam etdirilməlidir". 

Qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31