Vladimir Putin Yeltsinin kürəkənini özünə müşavir təyin edib
Rusiya prezidenti Vladimir Putin Valentin Yumaşevi özünə müşavir təyin edib.
22 İyun 2018 15:25 DünyaRusiya prezidenti Vladimir Putin Valentin Yumaşevi özünə müşavir təyin edib.
Bu barədə Kremlin saytında bildirilib.
O, müşavir vəzifəsini ictimai əsaslarla icra edəcək.
Prezident həmçinin Aleksandr Bedritskini dövlət başçısının müşaviri vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb.
Qeyd edək ki, V.Yumaşev 1997-ci ilin mart ayından 1998-ci ilin dekabr ayına qədər Kremli Administrasiyasının rəhbəri olub. O, ikinci nikahla Rusiyanın birinci prezidenti Boris Yeltsinin qızı Tatyana Dyaçenko ilə evlənib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31