Türkiyədə rusiyalı turist taksidə doğdu: Uşağın adını Bodrum qoydular

Türkiyənin Bodrum şəhərində istirahət edən rusiyalı turist qadının başına gözlənilməz hadisə gəlib.

Milli.Az xəbər verir ki, doğuş sancıları başlayan qadın xəstəxanaya çatmaq üçün taksiyə əyləşib. Lakin səfər zamanı sancılar güclənib və qadın avtomobildə doğuş edib.

Körpə sağlam şəkildə dünyaya gəlib. Ailə yaşadıqları bu qeyri-adi hadisəni ömürlük xatirəyə çevirmək üçün yeni doğulan uşağa "Bodrum" adını verib.

Məlumata görə, ana və körpənin səhhəti yaxşıdır. Hadisə isə ailənin Bodrum səfərini onlar üçün unudulmaz edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31