Gündəm
Günün qoroskopu - 3 YANVAR
Qoç - günün ilk yarısından etibarən ciddi işlərə başlamayın. Mürəkkəb hesablamalar, sənədləşdirmə və ya digər formada intellektual fəaliyyətdə tələskənliyə yol verməyin. Aramla hərəkət edin, ciddi təhlil olmadan qərar qəbul etməyin. Yanlışlıqlar və səhvlərin sayını artırmayın. Günün ikinci yarısında ünsiyyətdə səmimi, qayğıkeş olun. Dostlar və tanışların məclisində diqqəti cəlb edə bilərsiniz. Sizinlə maraqlanan insanın ümidlərini doğrultmağa çalışın. Alış-verişə axşam saatlarında yollana bilərsiniz. Normal istirahət etməyə çalışın.
Müdafiə naziri: “Azərbaycan Ordusunu dünyanın aparıcı ölkələrinin orduları ilə müqayisə etmək olar”
“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin orduya göstərdiyi qayğı göz qabağındadır. Azərbaycan əsgərinin təminatı yüksək səviyyədədir. Bunu xalq da görür. Tam məsuliyyətimlə deyirəm, Azərbaycan Ordusunu dünyanın aparıcı ölkələrinin orduları ilə müqayisə etmək olar”.
Bürclər – 2 yanvar
Dövlət məmurları haqda hökm: şallaq, 13 il həbs...
Təbriz Bələdiyyə İdarəsi və 4-cü Şəhər Şurasının üzvləri ilə bağlı korrupsiya dosyesinə baxılıb və müttəhimlər haqda hökm çıxarılıb. Bu barədə İran Ədliyyə Nazirliyinin Şərqi Azərbaycan Şöbəsi məlumat yayıb.
Cəlilabadda 6 əsrlik baş daşı tapıldı - Foto
Cəlilabad rayonunda XIV-XV əsrlərə aid olması ehtimal edilən baş daşı tapılıb. Tapıntını yerli tarixçi Rza Rzayev rayonun Aqqaş kənd qəbiristanlığı ərazisində aşkar edib.
NASA bu asteroidi qeydə aldı – İlk dəfə
NASA-nın “Nyu Horizon” zondu Yerə ilk dəfə olaraq “Ultima Thule” asteroidinin görüntülərini göndərib. Asteroid Yerdən 6.4 milyard kilometr uzaqlıqda yerləşir və oradan radiosiqnal 6 saat 8 dəqiqəyə gəlir.
Ermənistanda xüsusi ağır cinayətlər 30 faiz artıb
Ermənistanda ağır və xüsusi ağır cinayətlərin kəskin artımı qeydə alınıb. Ölkənin Milli Statistika Xidmətinin yaydığı rəsmi məlumata görə, Ermənistanda cinayət halları 13 faiz, xüsusi ağır cinayətlər isə 30 faizartıb. Belə ki, 2018-ci ilin yanvar-noyabr aylarında ölkə ərazisində 20267 cinayət faktı qeydə alınıb. 2017-ci ilin eyni dövründə bu rəqəm 17898 cinayət faktı təşkil edib. Ötən il ölkədə 209 xüsusi ağır cinayət törədilib. 2017-ci ildə bu rəqəm 161 olub.
Hadisəyə 500 minlik cərimə
Müğənni Hadisə adı açıqlanmayan bir marka ilə iki illik müqavilə bağlayıb. Markanın reklam üzü olacaq Hadisə buna görə 5 milyon lirə alıb.
Tramp: "ABŞ-ın açıq sərhədləri demokratları narahat etmir"
ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların sərhədlərinin açıq olması ölkənin Demokrat Partiyasını narahat etmir. "Report" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter"səhifəsində yazıb.
Emin Ağalarov ikinci dəfə ata oldu
Xalq artisti Emin Ağalarov ikinci dəfə ata olub. 32 yaşlı Alyona Qavrilova ilə ailəli olan 39 yaşlı Eminin yeni ilə bir neçə saat qalmış qızı dünyaya gəlib.
Jair Bolsonaru Braziliya prezidenti səlahiyyətlərinin icrasına başlayıb
Braziliyada keçirilən prezident seçkilərində qalib gələn Jair Bolsonaru rəsmi olaraq prezident səlahiyyətlərinin icrasına başlayıb. Bu barədə "Report" "Globo"ya iatinadən xəbər verir.
Əməkdar artistə ağır itki
Şərif Ağayarın bizə doğma adamları... - İradə Musayeva yazır
(Ş.Ağayarın “Cəfər əmimin yolları” hekayəsi haqqında) Çağdaş Azərbaycan nəsrində bizə doğma dərdlər, bizə doğma adamlar azdır. Hətta azdan da azdır... Dərd çoxdur, adam da həmçinin. Amma içində biz yoxuq... Şərif Ağayarın romanları haqqında yazdığım məqalələrdə də bu fikri demişəm: Şərif başqa yazarlardan daha çox ona görə fərqlənir ki, yeni dövrün yeni insanını ədəbiyyata gətirib. O insan kimdir? Qarabağ müharibəsinin qaçqınıdır. Və Qarabağla bağlı başqa əsərlərdəki kimi yazıqlığn, erməniyə nifrət gücünü artırmağın göstəricisitək verilmiş status daşıyıcısı deyil təkcə. Yeni insan tipidir. Yeni sosial, ictimsi-siyasi, psixoloji doğuşun simvoludur. Müharibə qəhrəmanı yox, müharibə qurbanıdır, didərgindir. Nəyi vardısa o tayda qalıb. Üst-başını axtarsan insanlıqdan başqa bəlkə bir şey tapmazsan. Həmin İnsan isə bu “insanlıq” adlı sonuncu zinətini bərkbərk sinəsinə sıxıb qoruyur. Və Şərif adətən itkilərin zəlil etdiyi, öldükcə ölən, itirdikcə itirən birinin çadırlarda, vaqonlarda, pəyələrdə, daxmalarda get-gedə əlindən alınan həmin “İnsanlıq” adlı itkinin rəsamıdır... “Cəfər əmimin yolları” hekayəsini həyəcanla oxudum. Hər abzasda kimsə, nəsə əriyir, sanki sürüşüb düşürdü boşluğa... Qeyri-ixtiyari əldən gedənlər, itib-batan, yoxa çıxan nə vardısa məni təsirləndirirdi. Cəfər əmi, Ziyad dədə, Mədinə bibi, Alpənah dayı, Fəridə... Bunların hamısını iki adam kimi görməyə başlamışdım. Çünki müəllif hər kəsi ikili planda canlandırırdı.



.jpg)

.jpg)








