Dövlət məmurları haqda hökm: şallaq, 13 il həbs...

Təbriz Bələdiyyə İdarəsi və 4-cü Şəhər Şurasının üzvləri ilə bağlı korrupsiya dosyesinə baxılıb və müttəhimlər haqda hökm çıxarılıb. Bu barədə İran Ədliyyə Nazirliyinin Şərqi Azərbaycan Şöbəsi məlumat yayıb.

Təbriz Bələdiyyə İdarəsi və 4-cü Şəhər Şurasının üzvləri ilə bağlı korrupsiya dosyesinə baxılıb və müttəhimlər haqda hökm çıxarılıb.

Bu barədə İran Ədliyyə Nazirliyinin Şərqi Azərbaycan Şöbəsi məlumat yayıb.

Məlumata görə, Şərqi Azərbaycan Apelyasiya Məhkəməsi 24 müttəhim haqda qəti qərar verib.

Onlardan 12-nin kimliyi açıqlanıb. Müttəhimlərin əksəriyyəti rüşvət almaqda, bir neçəsi isə rüşvət verməkdə günahlandırılıb. Onlar barəsində həbs (1 ildən 13 ilədək), cərimə, şallaq və müvəqqəti olaraq hökumət işində çalışmaqdan məhrum edilmə kimi cəza hökmü çıxarılıb. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31