NASA bu asteroidi qeydə aldı – İlk dəfə

NASA-nın “Nyu Horizon” zondu Yerə ilk dəfə olaraq “Ultima Thule” asteroidinin görüntülərini göndərib. Asteroid Yerdən 6.4 milyard kilometr uzaqlıqda yerləşir və oradan radiosiqnal 6 saat 8 dəqiqəyə gəlir.

NASA-nın "Nyu Horizon" zondu Yerə ilk dəfə olaraq "Ultima Thule" asteroidinin görüntülərini göndərib.

Asteroid Yerdən 6.4 milyard kilometr uzaqlıqda yerləşir və oradan radiosiqnal 6 saat 8 dəqiqəyə gəlir.

Qeyd edək ki, bu asteroid "Nyu Horizon"un hədəfində olmayıb. Kosmik zond 2015-ci ildə Plutona çataraq, bu balaca planet və onun peykləri ilə bağlı çoxlu kəşflər etmişdi. Məhz bundan sonra alimlər onu Koyper Qurşağına tərəf göndərmişdilər. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31