Gündəm

Ölkəmizdə sosial kirayə fondu yaradılır

28 Yanvar 2019 13:16

Ölkəmizdə sosial kirayə fondu yaradılır Vətəndaşlar mənzili kirayə götürdükdən sonra ona sahib ola biləcəklər Ölkə Prezidenti “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydasını” təsdiq edib. Bu ölkəmizdə sosial kirayə fondunun yaradılması deməkdir. Yəni, ölkə vətəndaşları ipoteka kreditləri ilə yanaşı həmçinin evləri kirayə götürmək hüququna malik olacaqlar. Yeni mexanizmə əsasən, vətəndaşlar mənzili kirayə götürdükdən sonra ona sahib də ola biləcəklər. Mənzili krayə edən vətəndaşmızın aylıq ödənişləri evin xərcindən çıxılacaq. Müqavilə bağlanandan 3 il sonra isə kirayəçi mənzilin sahibinə çevrilmək imkanı qazanacaq. Bu zaman o daha çox ödəniş etməklə müqaviləyə vaxtından əvvəl xitam verib mənzilə sahib olur. Və ya ödənişi davam etdirib 25 il ərzində ona sahib ola bilər. Maraqlıdır, bəs kirayə mənzil fondu necə formalaşdırılacaq. Suallarımızı İqtisadçı alim Vüqar Bayramov cavablandırır.

“Məhsul”da AŞPA bayrağını Azərbaycan bayrağından uca tutanlar

28 Yanvar 2019 13:07

Azərbaycana qarşı növbəti məkirli plan işə düşüb. Qərb, Avropadakı antiAzərbaycan dairələr həm bəzi beynəlxalq təşkilatlar və siyasi institutlar, həm də daxildəki radikal siyasi düşərgəni altivləşdirməklə ölkəmizə qarşı siyasi təzyiqləri artrır, Azərbaycanı öz iradələrinə tabe etdirmək istəyirlər. Ancaq sevindirici hal ondan ibarətdir ki, həmin dairələrin məkirli planları, Azərbaycanda xaos, anarxiya yaratmaq istəkləri cəmiyyət, xalq kütlələri tərəfindən dəstək görmür. Əksinə xalq dövlətçilik, dövlətin, onun rəhbərinin yanında olmağı tərceh edir. Və cəmiyyətin, xalqın nümayiş etdirdiyi bu mövqe yüksək səviyyədə təqdir edilir.

Prezident İlham Əliyevin sosial siyasətində qaçqın və məcburi köçkünlərə diqqət ön planda dayanır

25 Yanvar 2019 17:03

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onun aztəminatlı təbəqəsnin həyat şəraitinin yaxşılaşdırılması daim dövlətin, xüsusilə də dövlət başçısının əsas diqqət yetirdiyi məsələlərdən olub. Xüsusilə bu qəbildən olan qaçqın və məcburi köçkünlərə diqqətin göstərilməsi hər zaman ön planda olub. İstər ümummilli lider Heydər Əliyevin zamanında, istərsə də onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 15 ildən artıq bir müddət ərzində hər zaman qaçqın və məcburi köçkünlərə xüsusi həssaslıqla yanaşılıb, onlarən həyat, mənzil şəraitinin

Vüqar Rəhimzadə: "25 ildir dəyişməyən dağıdıcılar yalan vədlərlə insanları bezdirib"

25 Yanvar 2019 16:49

“Fəaliyyətlərinin bütün dövrlərində xalqa, dövlətə xəyanət edən, xarici anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən ölkə daxilindəki dağıdıcılıqla məşğul olan bu ünsürlər “mitinq sevdası” ilə özünə təsəlli verməyə çalışır. Cəmiyyətdə sosial dayağı, nüfuzu olmayan dağıdıcılar hər dəfə mitinq keçirmək adı ilə 3-5 adamı öz ətraflarına toplayır, xarici havadarlarının verdiyi “tezislər” əsasında şüarlar səsləndirir, bununla da necə biabırçı gündə olduqlarını bir daha xalqa nümayiş etdirirlər.” Bu fikirləri Olaylar.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.