Prezident İlham Əliyevin sosial siyasətində qaçqın və məcburi köçkünlərə diqqət ön planda dayanır

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onun aztəminatlı təbəqəsnin həyat şəraitinin yaxşılaşdırılması daim dövlətin, xüsusilə də dövlət başçısının əsas diqqət yetirdiyi məsələlərdən olub. Xüsusilə bu qəbildən olan qaçqın və məcburi köçkünlərə diqqətin göstərilməsi hər zaman ön planda olub. İstər ümummilli lider Heydər Əliyevin zamanında, istərsə də onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 15 ildən artıq bir müddət ərzində hər zaman qaçqın və məcburi köçkünlərə xüsusi həssaslıqla yanaşılıb, onlarən həyat, mənzil şəraitinin

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onun aztəminatlı təbəqəsnin həyat şəraitinin yaxşılaşdırılması daim dövlətin, xüsusilə də dövlət başçısının əsas diqqət yetirdiyi məsələlərdən olub. Xüsusilə bu qəbildən olan qaçqın və məcburi köçkünlərə diqqətin göstərilməsi hər zaman ön planda olub. İstər ümummilli lider Heydər Əliyevin zamanında, istərsə də onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 15 ildən artıq bir müddət  ərzində hər zaman qaçqın və məcburi köçkünlərə xüsusi həssaslıqla yanaşılıb,  onlarən həyat, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımlar atılıb. Hələ ümummilli lider Heydər Əliyevin zamanında neftdən gələn gəlirlər hesabına çətin vəziyyətdə, çadır düşərgələrində yaşayan qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması prosesi günümüzdə də davam edir. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası Cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf etdikcə, çiçəkləndikcə, həmçinin ölkəmizin maliyyə imkanları artdıqca bu sahəyə yönələn maliyyə vəsaiti, diqqət də artır. Məhz həyata keçirilən məqsədyönlü tədbirlərin  nəticəsində 2007-ci ildən başlayaraq qaçqın və məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərciklərinin ləğvinə start verildi. 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Bu günəı qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı artıq 300 minə çatır. Bu da 55 min ailə deməkdir. Burada bir maraqlı məqamı da qeyd etmək yerinə düşər ki, qaçqın və məvburi köçkünlər üçün yeni salınmış qəsəbə, yaşayış binalarının açılış mərasiminin əksəriyyətində dövlət başçısı şəxsən iştirak edib ki, bu da Cənab Prezidentin söz söz məsələyə nə qədər həssaslıqla yanaşdığının, qaçqın və məcburi köçkünlərə böyük diqqət ayırdığının əyani sübutudur. 

Ümumiyyətlə isə son 18 il ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb ki, bunun da 3-ü ötən il istifadəyə verilib. Ötən il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Bu, son illər ərzində rekord göstəricidir. Bununla bərabər, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib.

Ötən il dekabrın 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışı olub. Xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa olunan bu kompleks 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Ərazisi 4 hektar olan kompleksdə ümumilikdə 12 bina, o cümlədən səkkizmərtəbəli səkkiz, 15 mərtəbəli dörd bina var. Layihənin icrası zamanı Sumqayıtdakı 12-ci mikrorayonda yerləşən 21 saylı məktəbə əlavə olaraq dördmərtəbəli yeni korpus inşa edilib, məktəbin mövcud binasının fasadı, dam örtüyü tamamilə yenilənib.

Dekabrın 24-də açılışı olan Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi də qeyd edilənlərin təsdiqidir. Layihə üzrə 23-ü 42, biri isə 35 mənzilli olan yeddimərtəbəli yaşayış binası inşa olunub. Məktəb və uşaq bağçasının daxil olduğu yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb.

2017-ci ilin may ayında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən yaşayış kompleksinin təməli qoyuldu. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edildi. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələrinin köçürülməsi başa çatdı.

Göründüyü kimi ölkədə qaçqın və məcburi köçkünlər üçün yaradılan şərait Azərbaycanda hər bir sahə kimi sosial siyasət sahəsinin uğurla icra edildiyini təsdiqləyir. Nəzərə alaq ki, qaçqın və məcburi köçkünlərin yalnız mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülmür. Paralel olaraq dövlət başçısı müntəzəm olaraq bu kateqoriyadan olan insanlar üçün nəzərdə tutulmuş yardımların artırılması, onun daha təkmilləşdirilmıəsi istiqamətində də çalışır, müvafiq sənədlər imzalayır. Bu sıraya qaçqın və məcburi köçkün ailələrindən olan gənclərin ali təhsil müəssisələrində təhsil haqlarından azad olunmasını da əlavə etsək, o zaman tam əminliklə deyə bilərik ki, qaçqın və məcburi köçkünlər tam mənada dövlət və dövlət başçısının himayəsi altındadırlar və onlara ən yüksək səviyyədə diqqət və qayğı göstərilir.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31