Gündəm

Günəş fəallığı çox aşağı səviyyədə olacaq

7 Fevral 2019 16:10

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası fevralın 7-nə olan kosmik hava durumunu açıqlayıb. Olaylar.az bildirir ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Əldə olunan koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.

Rafael Hüseynovun yeni kitabı - “Millət yaddaşının keşikçisi” 

7 Fevral 2019 16:07

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Olaylar.az bildirir ki, kitab Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, publisist, mətnşünas, alim və mətbuat tədqiqatçısı, Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun ömür və yaradıcılıq yoluna həsr edilib.

Daha bir sınaq imtahanı keçiriləcək

7 Fevral 2019 15:00

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 10-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun sınaq imtahanı keçirəcək. DİM-dən “Olaylar”a verilən məlumata görə, sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq hər ixtisas qrupunda 3 imtahan fənni üzrə test tapşırıqları təqdim olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 28337 abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, İmişli, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində, ümumilikdə, 55 binada təşkil olunacaq.

Parisdən işğalçı ölkəyə açıq dəstək

7 Fevral 2019 14:45

Bu ölkənin Minsk qrupundakı vasitəçiliyinə son qoyulmalıdır

"Ermənistanın sülhə hazır olduğu heç bir prosesdə görünmür"

7 Fevral 2019 14:22

“Azərbaycan tərəfi Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarla əlaqədar real addımlara keçəcəyini gözləyir. Ermənistan bu istiqamətdə addım atarsa, əslində bu ölkə özünü xilas etmiş olacaq”. Bu fikirləri Milli Məclisin deputatı Asim Mollazadə deyib.

“Xımırt qurdu”nun hekayəsi AYSEL OĞUZ yazır

7 Fevral 2019 14:12

Həmişə demişəm. Demişəm ki, biz çox unikal xalqıq...hər cəhətdən unikalıq...Millətim qədər duyarlı, yardımsevər,rəhmli ikinci bir xalq, bəlkə də heç yer üzündə indiyənə kimi görünməyib. Lakin müsbət tərəflərimiz olduğu kimi, bəzi mənfi xüsusiyyətlərimiz də var. Və onlardan hələ də yaxa qurtara bilməmişik. Həqiqətən yaxa qurtara bilmirik, yoxsa istəmirik? Məncə “bilmirik” sözünü “istəmirik”lə əvəz etsəm, daha düzgün olar, çünki mənfi xüsusiyyətlərdən qurtulmaq üçün özümüzdən başlamalıyıq. Hər şey istəyə bağlıdır, çünki heç kim bizi özümüzdə bu xüsusiyyətləri daşımağa məcbur etmir. Nə ediriksə özümüz edirik. Və özümüzə edirik...

İmadəddin Nəsimi – 650

7 Fevral 2019 14:10

İnsan varlığının tərənnümü – Şair mütəfəkkir kredosu

Parisdən növbəti ermənipərəst addım

7 Fevral 2019 14:08

Yaxud xalqdan uzaq düşən Makron erməni lobbisinin ümidinə qalıb Zaman-zaman ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransa tərəfindən işğalçı Ermənistanın maraqlarına uyğun olan addımlar atılır, bu ölkə açıq şəkildə himayə edilir. Və bir qayda olaraq rəsmi Parisin bu mövqeyində hər zaman türk düşmənçiliyi özünü büruzə verir. Bir neçə il əvvəl Fransada qondarma erməni soyqırımını inkar edənlərə qarşı cəzanın nəzərdə tutulmasının bu ölkənin qanunverici orqanında müzakirəyə çıxarılması, həmin tarixin Fransada hər il geniş şəkildə qeyd

Ərdoğan-Putin görüşü Qarabağ məsələsinə nə vəd edir?

7 Fevral 2019 13:58

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında fevralın 14-də görüş keçiriləcək. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən də məlumat verilib. Maraqlıdır, Ərdoğanmla Putin arasında keçiriləcək görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaqmı, yaxud bu görüşün sözügedən problemin həllinə hansı təsiri ola bilər?

"Münaqişə konkret nəticələrlə yekunlaşmalıdır"

7 Fevral 2019 13:54

“Bir görüşdən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı böyük nəticələr gözləmək üçün o qədər də əsasımız yoxdur. Amma son dövrlərdə danışıqlarla bağlı müşahidə olunan dinamika müsbət nəticələr əldə etməyə imkan yarada bilər”. Bu fikirləri politoloq Fikrət Sadıqov deyib.

Sabahın havası: yağış, güclü külək... - Xəbərdarlıq

7 Fevral 2019 13:42

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.