Qızıl Aypara Cəmiyyəti zəlzələ bölgəsində
7 Fevral 2019 14:51 SosialŞamaxı rayonunda baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanovun tapşırığı ilə cəmiyyətin Fövqəladə hallara hazırlıq və cavabvermə şöbəsinin və İsmayıllı regional mərkəzinin əməkdaşları fevralın 6-da həmin ərazidə olublar. "Olaylar"ın xəbərinə görə, Cəmiyyətdən bildirilib ki, ziyan dəymiş bir neçə evə baxış keçirilib. Zərər çəkmiş insanlarla görüşüb, ehtiyacları qiymətləndirilib və zərurət yarandığı halda lazımi humanitar yardımın ediləcəyini onların diqqətinə çatdırıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31